Bir "Xəzər Lənkəran"lı, bir də Petr Çexin azərbaycanlı "variant"ı - VİDEO

14 Aprel 09:00 II Divizion 1 617
Bir "Xəzər Lənkəran"lı, bir də Petr Çexin azərbaycanlı "variant"ı - VİDEO

II Liqada 20-ci tur başa çatıb.

"Dinamo" Binədə "Şəmkir"i qəbul edib.

Matç qarşılıqlı hücumlar şəraitində keçib.

Daxili İşlər Nazirliyinin komandası ilk hissədə 3-4 real fürsət yaxalayıb. Bəlkə də başqa qapıçı olsaydı, "polislər" bu imkanların hamısını dəyərləndirmişdi.

Orxan Sadıqlı təcrübəsi hesabına qonaqların dadına yetişdi.

Bir zamanlar"Xəzər Lənkəran", "İnter", "Kəpəz" və "Sumqayıt" kimi Premyer Liqa klublarının "çərçivə"sini qorumuş kiper düzgün mövqe seçimi və əla seyvləri ilə "Şəmkir"in xilaskarı oldu.

Oyunun qırılma nöqtəsi 33-cü dəqiqənin üzərində dayanmalıyıq. Ev sahiblərinin hücumçusu topa birinci çatmaq istəyərkən sürüşmə fəndi işlətdi və ikinci sarı vərəqəni qarşısında gördü.

O, baş hakim Vüqar Həsənlinin qərarına necə əsəbiləşdisə, meydanın ortasında "divanə"yə döndü, sonda formasını yerə çırpdı.

"Dinamo" azlıqda qalandan sonra da hücumlarına ara vermədi. 72-ci dəqiqəyə kimi bilmək olmurdu ki, onlar say azlığından əziyyət çəkir.

Orxan Sadıqlıdan fərqli, qarşı tərəfdə Elmin Qaçaylı qəhrəman ola bilmədi. Qapısında gördüyü hər iki qolda kobud səhvə yol verdi.

Öncə yaxın küncü qorumağa gecikdi, ardınca topu əlindən buraxaraq, Çexiyanın "1 nömrə"si Petr Çexin AVRO-2016-da Türkiyə ilə oyunda etdiyi xətanı təkrarladı.

Xallarını 35-ə yüksəldən "Şəmkir" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 31 xalı olan "Dinamo" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

"Dinamo" - "Şəmkir" 0:2

Qollar: Vidadi Cəfərov, 72; Ümid Nağdalıyev, 77
Binə qəsəbə stadionu. 80 tamaşaçı

Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Asif Abdullayev
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Şahin Əliyev, 8 (qeyri-idman hərəkəti); Ziya Məmmədli, 18, 33 (qeyrii-idman hərəkəti) // Orxan Sadıqlı, 8 (qeyri-idman hərəkəti); Nicat Oruclu, 8 (qeyri-idman hərəkəti); Fərid İslamzadə, 21 (qeyri-idman hərəkəti); Sehran Abbasov, 60 (qeyri-idman hərəkəti); Nihat Sarıyev, 65 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: İsmayıl Vəkiliqazicahani (“Dinamo”), oyun bitdikdən sonra (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Ziya Məmmədli, 33
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Dinamo”
12. Elmin Qaçaylı
14. Xəyal Qocayev
11. Şahin Əliyev (k)
(15. Tərlan Veysəlli, 70)
3. Nicat Əskərov
55. Əlisa İsayev
(27. Həsənəli Rəhimov, 86)
10. Ziya Məmmədli
19. Əlibala Ağayev
24. Sadiq Hüseynli
(88. Aqil Hüseynzadə, 82)
18. Aydın İsxanzadə
17. Fizuli Dəmirov
(7. Əkbər Səfərzadə, 82)
44. Əli Məmmədli
Ehtiyat oyunçular:
1. İbrahim Bağırov
5. Nail Təhməzli
33. İkram Həmidli
99. Kənan Əlizadə
22. Amil Nurəhmədov
8. Uğur Sayıllı
16. Məhəmməd Cəfərzadə
Baş məşqçi: İbrahim Uzunca

“Şəmkir”
1. Orxan Sadıqlı (k)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
9. Vidadi Cəfərov
(16. Ayhan Quluzadə, 90+4)
14. Rəhim Cəfərov
6. Sərcan Omarov
(22. İsmayıl Əskərov, 83)
7. Nicat Oruclu
(57. Məzahir Əhmədov, 65)
5. Sehran Abbasov
(15. Ümid Nağdalıyev, 65)
23. Fərid İslamzadə
(25. Kamal Mirzəyev, 46)
11. Fəzail Şirxanzadə
8. Nihat Sarıyev
Ehtiyat oyunçular:
13. Cəfər Abbasov
44. Elşad Mirzəyev
18. Pərvin Kərimli
19. Məmməd Məmmədov
20. Uğur Qarayev
Baş məşqçi: Vüqar Nadirov

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 17:20 Oralarda bir Emil var...