Şübhəli qərarın aranı qarışdırdığı oyundan VİDEO

12 Aprel 23:00 II Divizion 231
Şübhəli qərarın aranı qarışdırdığı oyundan VİDEO

II Liqada 19-cu turun ən qalmaqallı oyunu «Hypers»lə «Ağdaş»ın arasında olub.

Baş hakim Şamil İmanzadə Qubada özündən Amerika «kəşf edib».

Referi 90+4-cü dəqiqədə elə bir gülünc qərar verib ki… Avropada olsa, onu həmin gün hakimlikdən qovarlar.

Amma o, ev sahiblərinin müdafiəçisi Xaqan Məmmədova ikinci sarı vərəqəni göstərərək meydandan qovdu, üstəlik, penalti təyin etdi.

Hava topunu ələ keçirə bilməyən qonaqların hücumçusu Xaqana dəyərək özünü yerə yıxmışdı və belə bir epizoda «fit sahibi»nin reaksiyası çox biabırçıdır.

Matçdan sonra Quba təmsilçisinin rəhbər şəxsləri və məşqçiləri meydana daxil oldu, hakimlər briqadasına yaxınlaşdı. Əl-qol hərəkətləri ilə onlara etiraz bildirdilər.

Protokolda qeyd olunub ki, «Hypers»in nümayəndələri tərəfindən təhqirə məruz qalıblar. Nə deyiblər, nə deməyiblər, bilmirik, amma şikayət üçün əsasları var, sözlərini deməkdə də haqlıdırlar.

Bu cür hakimlik olmaz. Quba kimi futbol şəhərində, o qədər azarkeşin önündə ədalətli idarəçilik etmək mübahdır. Şamil və dəstəsi geyindikləri formaya layiq davranmadılar.

SPORTİNFO.AZ

“Haypers” – “Ağdaş” 3:3
Qollar:
Cavid İmamverdiyev, 52, 87 (p.); Nicad İsmayılov, 90+2 // Elvin İsmayılov, 63; Taleh Yusifli, 67; Vasif Nəsirov, 90+4 (p.)
Quba OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihad Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: İlham Yarəliyev, 56 (qeyri-idman hərəkəti); İlqar Ələkbərov, 61 (qeyriidman hərəkəti); Baxşəli Baxşəliyev, 81 (hakimin qərarına etiraz); Xaqan Məmmədov, 83, 90+4 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 90+4 (hakimin qərarına etiraz); Fərman Bayramov, 90+4 (hakimin qərarına etiraz) // Rəvan Əliyev, 55 (qeyri-idman hərəkəti); Elçin Süleymanov, 82 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Baxşəli Baxşəliyev, 89 (ciddi qayda pozuntusu); Xaqan Məmmədov, 90+4
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.

“Hypers Guba”: 35. Fərman Bayramov 10. Cavid İmamverdiyev (k) 11. Ruslan Qurbanov (19. Mətləb Osmanov, 90+3) 14. İlqar Ələkbərov 25. Baxşəli Baxşəliyev 7. Hüseyn Novruzov 6. Xaqan Məmmədov 71. Sənan Aslanov 99. İlham Yarəliyev (88. Nicad İsmayılov, 63) 8. İbrahim Nağıyev 70. İbrahim İbrahimli
Ehtiyat oyunçular: 98. Elxan Qasımov
Baş məşqçi: Elvin Həsənov

“Ağdaş”: 1. Ümid Paşayev 5. Vasif Nəsirov (k) 33. Elçin Süleymanov 4. Azad Əzimli 24. Elvin İsmayılov 27. Rəvan Əliyev 21. Eşqin Vəliyev 18. Tamerlan Rizvanov (26. Taleh Yusifli, 29) 90. Araz Kərimxanov 10. Sahil Həsənov 14. Hüseyn Hüseynov
Ehtiyat oyunçular: 9. Oleq Xəlilov 13. Şamil Mustafayev 6. Elxan Məhərrəmov
Məşqçi: Nadir Ebişov

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"