
II Liqada 19-cu turun ən kuryoz qolu "Şimal"ın "Kür-Araz"la qarşılaşmasında vurulub.
İmişli komandasını Siyəzəndə qəbul edən xaçmazlıların müdafiəçisi İqrar Səmədov 27-ci dəqiqədə diqqət mərkəzinə düşüb.
O, komanda yoldaşının ötürməsini qəbul etmək istəyərkən, küləyin təsiri ilə ayaqları bir-birinə dolaşıb və Bayram Əliyev yaxın məsafədən boş qapını nişan alıb.
Ancaq «pambıqçılar» fasiləyə üstün durumda yollana bilməyib, Tofiq Nəsibov hesabı bərabərləşdirib.
«Şimal» 76-cı dəqiqədə ikinci topu qonaqların qapısından keçirib. İqrar Səmədov kornerdən havalandırılan «yuvarlaq meşin»i boşla tora qovuşdurmaqla, oyunun əvvəllindəki kobud xətasını sığortalayıb.
90-cı dəqiqədə isə Pərviz Azadov yekun hesabı müəyyənləşdirib. «Şamaxı»nın keçmiş yarımmüdafiəçisi fərdi bacarığı hesabına iki müdafiəçini arxada qoyaraq, baxımlı qola imza atıb.
SPORTİNFO.AZ
"Şimal" - "Kür-Araz" 3:1
Qollar: Tofiq Nəsibov, 39; İqrar Səmədov, 76; Pərviz Azadov, 90 // Bayram Əliyev, 27
Siyəzən şəhər stadionu. 30 tamaşaçı
Baş hakim: Rəsul Babayev
Baş hakimin köməkçiləri: Sənan Atayev, Sevda Nuriyeva
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Tofiq Nəsibov, 25 (qeyri-idman hərəkəti) // Mirabbas Mirbabayev, 22 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 32 (qeyri-idman hərəkəti); Eltun Həsənli, 62 (qeyri-idman hərəkəti); Əmrah Zülfüqarlı, 90 (hakimin qərarına etiraz); Babək Yaqublu, 90+2 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 3 dəq.
“Şimal”
36. Əmrah Məmmədli
18. Tural Cəlilov (k)
5. İqrar Səmədov
23. İsa Cəbiyev
(9. Şahlar Sədiyev, 63)
14. Sabir Əlişan
26. Elvin Dəmirov
(2. Said Əliyev, 35)
16. Amil Məmmədov
27. Pərviz Azadov
44. Tofiq Nəsibov
8. Pirverdi Seyidov
77. Ceyhun Kəlbəliyev
Ehtiyat oyunçular:
1. Natiq Daşdəmirli
10. Elmar Yəhyabəyov
17. Cavad Hacıyev
13. Qeybulla Kaçayev
4. Ülvi Zeynalov
11. Mirzə Bayrampur
Baş məşqçi: Rəcəb Mahmudov
“Kür-Araz”
99. Əmrah Zülfüqarlı
14. Elnur Məmmədov (k)
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
9. Elxan Məmmədov
10. Bayram Əliyev
(16. Əli İbrahimli, 31)
15. Babək Yaqublu
5. İlkin Hüseynli
3. Eltun Həsənli
13. Nihad Məmmədov
4. Nihat Paşayev
Ehtiyat oyunçular:
1. Elçin Əliyev
12. Hilal Maqsudlu
18. Nicat Fərəcli
20. Əli Mürsəlov
17. Vidadi Ağazadə
Baş məşqçi: Murad Ağayev