
Baş məşqçisini qış fasiləsində dəyişmiş «Şəfa»nın uğurlu oyunlar seriyası davam edir.
Elgiz Kərəmli növbəti qələbəsini Lənkəranda qazanıb.
Burada «Lerik»in qonağı olan paytaxt təmsilçisi istəyinə asanlıqla, 5 cavabız qolla çatıb. Nominal ev sahibləri cəmi 19 dəqiqə qonaqların hücumlarının qarşısını kəsə bilib.
Künc zərbəsindən sonra qapıçının topa çıxışda gecikməsindən istifadə edən Elvin Nəsibov darmadağının əsasını qoyub.
10 dəqiqə sonra hücumçu penaltini dəyərləndirərək, dublunu rəsmiləşdirib. «Şəfa»nın cərimə meydançasına yaxınlaşa bilməyən «Lerik» 1-2 dəfə uzaqdan zərbə endirməklə kifayətlənib.
Fasilədən sonra «Şəfa» təzyiqi bir qədər də artırıb. Ruslan Hacıyev iki qol vurub. Onun 90-cı dəqiqəyə təsadüf edən ikinci qolu daha baxımlı alınıb.
Bəxtiyar Soltanovun ötürməsindən sonra cərimə meydançasına daxil olan yarımmüdafiəçi iki müdafiəçini çaşbaş salaraq, «yuvarlaq meşin»i qapının uzaq küncünə sancıb.
SPORTİNFO.AZ
“Lerik” - “Şəfa” 0-5
Qollar: Elvin Nəsibov, 19, 29 (p.); Ruslan Hacıyev, 59, 86; Tərlan Quliyev, 80
Lənkəran OİK stadionu. 100 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Mircavad Ağazadə, 68 (qeyri-idman hərəkəti) // Ruslan Hacıyev, 85 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.
“Lerik”: 93. Röyal Əlizadə 42. Valid Yusubzadə (k) 11. Ruslan Tağızadə 25. Mehman İbadov 90. Zaur Nuruzadə (24. Hüseyn Əkbərli, 82) 20. Elvin Cahangirli (14. Murad Əliyev, 46) 7. Penci Ağazadə 4. Mircavad Ağazadə (17. Fahil Dostiyev, 72) 10. Rəvan Quluzadə (5. Kənan Sadıxov, 67) 8. Zeynal Axundzadə 9. Ramiz Bağırov (3. Mirvaleh Hüseynov, 67)
Ehtiyat oyunçular: 1. Cavidan İzzətli 15. Rəsul Məmmədov
Baş məşqçi: Vidadi Hüseynov
“Şəfa”: 13. Əli Həsənli 33. Tərlan Quliyev (k) 88. Aqşin Paşayev 7. Elvin Nəsibov (9. Amil Yunanov, 70) 77. İbrahim Aslanlı (3. Bəxtiyar Soltanov, 70) 42. Elnur Cəfərov (32. Elməddin Hüseynzadə, 70) 10. Emin Zamanov 70. Ruslan Hacıyev 19. Əsgər Hüseynov (97. Cavad Bağırov, 72) 80. Zahid Mərdanov (22. Tural Nərimanov, 72) 4. Samir Ağayev
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 12. Rafiq Həsənov 23. Comərd Baxşəliyev 21. Novruz Məmmədov 28. Ülvi Quliyev 27. Gülalı Mehrəliyev 20. Rauf Məhərrəmov
Baş məşqçi: Elgiz Kərəmli