
II Liqada “Ayın qolu” layihəsinin qalibi mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Bu gün “Qusar”ın hücumçusu Eşqin Tağıyevin mükafatlandırma mərasimi keçirilib. Tədbir XX turun "Qusar" - "Lerik" oyunundan əvvəl baş tutub.
Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı PFL-in Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.