Azərbaycanda futbolçular işdən icazə ala bilmədi, baş hakim bu hadisəyə göz yumdu - VİDEO

8 Aprel 23:40 II Divizion 806
Azərbaycanda futbolçular işdən icazə ala bilmədi, baş hakim bu hadisəyə göz yumdu - VİDEO

II Liqada 19-cu tur geridə qalıb.

Liderlər qrupuna yaxınlaşmaq istəyən "Şəmkir" doğma rayonda "Qusar"ı qonaq edib.

Şimal təmsilçisi səfərə 11 futbolçu ilə çıxıb. Protokolda ehtiyat skamyada 4 nəfərin əyləşdiyi göstərilsə də.

Onlar bunu, sadəcə, iz azdırmaq üçün ediblər. Halbuki adları ilk «11-lik»də göstərilməyənlərin hər biri əsas heyət üzvüdür.

Başqa işdə çalışdıqları və icazə ala bilmədikləri üçün Şəmkirə yollana bilməyiblər. Odur ki, heç bir əvəzetmə də olmayıb.

Hər şeyə rəğmən, Kamran Əlibabayevin çalışdırdığı komanda ev sahiblərinə ciddi müqavimət göstərib.

«Şəmkir»in ilk qolu Fəzail Şirxanzadənin ayağına yazılsa da, əslində, Şaiq Vəlizadənin topu başlaöz qapısına göndərməsi görüntülərdən aydın olur.

Vaxtilə oğurluq üstündə tutulmuş Nicat Muxtarovun bərabərlik qolu ondan baxımlı alınıb. Qərblilər 73-cü dəqiqədə yekun nöqtəni qoyub.

Ceyhun Rəcəblinin bu zaman qaydanı pozmasına isə baş hakim Ruslan Quliyev göz yumub. O, künc zərbəsi yerinə yetirilən əsnada rəqib müdafiəçini yerə yıxıb və başla topu yaxın məsafədən qapıdan keçirib.

SPORTİNFO.AZ

"Şəmkir" - "Qusar" 2:1
Qollar: Fəzail Şirxanzadə, 21; Ceyhun Rəcəbli, 73 // Nicat Muxtarov, 51
Şəmkir OİK stadionu. 500 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov

Dördüncü hakim: Sərxan İsmayılov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Fəzail Şirxanzadə, 90+3 (qeyri-idman hərəkəti) // Nicat Muxtarov, 73 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Şəmkir”: 1. Orxan Sadıqlı (k) 10. Akif Tağıyev 17. Ceyhun Rəcəbli 9. Vidadi Cəfərov 6. Sərcan Omarov 7. Nicat Oruclu (14. Rəhim Cəfərov, 83) 5. Sehran Abbasov 23. Fərid İslamzadə (25. Kamal Mirzəyev, 69) 11. Fəzail Şirxanzadə 8. Nicat Sarıyev 22. İsmayıl Əskərov (18. Pərvin Kərimli, 58)
Ehtiyat oyunçular: 13. Cəfər Abbasov 44. Elşad Mirzəyev 15. Ümid Nağdalıyev 19. Məmməd Məmmədov 16. Ayhan Quluzadə
Baş məşqçi: Vüqar Nadirov

“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 37. Faik Ağakərimov 7. Nicat Muxtarov 10. Osman Osmanov 8. Əsgər Hümbətov 66. Şaiq Vəlizadə 40. Rüstəm Rüstəmov 3. Murad Hüseynov 5. Zakir Haşımov 16. Denis İsmixanov
Ehtiyat oyunçular: 19. Orxan Əlixanov 21. Orxan Qurbanlı 95. Eşqin Tağıyev 77. Mirmehdi Rzayev
Baş məşqçi: Ramil Həsənov

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!