
Roy Kin “Mançester Yunayted”in növbəti mövsümdə də yaxşılaşacağına inanmır.
Dünən Premyer Liqanın 31-ci turu çərçivəsində “Mançester Yunayted” evdə “Mançester Siti” ilə heç-heçə edib (0:0).
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın keçmiş kapitanı özünün səhv olduğunu görmək istədiyini bildirib:
“Mən səhv olduğumu görmək istərdim. “Mançester Yunayted” gələn mövsüm ilk beş və ya altılığa düşsün, sözümü geri alacam, amma bunu görmürəm.
Son vaxtlar bir neçə matçı canlı izləmişəm. Ötən gecə “Nottingem Forest”lə oyuna (0:1) baxdım. Səliqəli və səriştəli idilər. Amma qol vurmaq niyyətləri yox idi. Bu gün yenə qol olmadı.
Top-klubda oynayanda və böyük müqavilələr əldə etdikdə, matçlarda qalib gəlmək üçün məsuliyyət daşıyırsan. Bunun üçün buradayıq?
Biz son bir neçə aydır “Liverpul”u tərifləyirik. Niyə? Çünki onlar məhsuldardırlar və matçlarda qalib gəlirlər”.
Ruben Amorimin komandası 38 xalla Premyer Liqanın turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.