
II Liqa təmsilçisi "Araz Saatlı"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı mütəxəssis Asim İbrahimovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
O, bir neçə gün əvvəl istefa verən Şəhriyar Məmmədovu əvəzləyib.
Asim İbrahimov əvvəllər Azərbaycanda MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb.
Həmçinin Ukrayna, Türkiyə və son olaraq Moldova klublarında da məşqçilik edib.