Azərbaycanda hücumçu atasının komandasına qarşı oyunda - VİDEO

1 Aprel 23:40 II Divizion 264
Azərbaycanda hücumçu atasının komandasına qarşı oyunda - VİDEO

II Liqada 18-ci tura yekun vurulub.

Binədə "Şimal"ı qəbul edən "Dinamo" 2:0 hesablı qələbə qazanıb.

Liderlər qrupunda yer almaq iddiasında olanların görüşü maraqıl alınıb. Xaçmaz təmsilçisi oyuna daha fəal başlayıb və erkən qol üçün irəli atılıb.

Fürsətləri oldumu, oldu. Cinahlardan qurulan həmlələr təhlükəli idi, amma «Dinamo»nun qapıçısı Elmin Qaçaylı özünü itirmədi.

Sonrakı dəqiqələrdə gedişat tədricən dəyişmədi, birdən-birə dəyişdi. «Polislər» 6 dəqiqə aralığında iki dəfə fərqləndi.

Və hər iki halda qonaqların müdafiə xəttinin yol verdiyi kobud mövqe səhvlərinin qarşılığında.

Son vaxtlar əla forma yığan Şahin Əliyev çempionatdakı ümumi qollarının sayını 9-a çatdırdı, Sadiq Hüseynli isə qapıçıyla dueldən qalib ayrıldı.

Fasilədən sonra bir maraqlı hadisə baş verdi. Bu ilin yanvarında «Dinamo»nu «Şimal»a dəyişmiş Valeh Seyidov ikineci hissədə Tofiq Nəsibovu əvəzlədi.

Vaxtilə aşağı yaş qrupları üzrə ölkə çempionatlarının bombardiri olmuş hücumçu atasının rəhbərlik etdiyi komandaya qol vurmağa çalışsa da, bunu edə bilmədi. Hərçənd bir epizodda fürsət ayağına gəlmişdi.

Ümumiyyətlə, ikinci yarı açıq oyuna səhnə oldu. Qapılar qarşısında yaranan təhlükəli vəziyyətlər kifayət qədər çox idi.

Sanki hər iki tərəfin «çərçivə»si tilsimlənmişdi - top boş tora da daxil olmaq istəmirdi.

"Dinamo" 31 xalla 5-ci, "Şimal" isə 27 xalla 3-cü pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Dinamo" - "Şimal" 2:0
Qollar: Şahin Əliyev, 27; Sadiq Hüseynli, 33
Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Mirnihad Seyidov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sarı vərəqələr: Nicat Əskərov, 11 (hakimin qərarına etiraz); Elmin Qaçaylı, 80 (oyunun bərpasının ləngidilməsi) // Elmar Yəhyabəyov, 60 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Dinamo”: 12. Elmin Qaçaylı 14. Xəyal Qocayev 11. Şahin Əliyev (k) (5. Nail Təhməzli, 81) 3. Nicat Əskərov 10. Ziya Məmmədli 19. Əlibala Ağayev 24. Sadiq Hüseynli (15. Tərlan Veysəlli, 77) 18. Aydın İsxanzadə 17. Fizuli Dəmirov 44. Əli Məmmədli 16. Məhəmməd Cəfərzadə
Ehtiyat oyunçular: 1. İbrahim Bağırov 55. Əlisa İsayev 27. Həsənəli Rəhimov 7. Əkbər Səfərzadə 33. İkram Həmidli 99. Kənan Əlizadə 22. Amil Nurəhmədov 8. Uğur Sayıllı 6. Orxan Novruzov
Baş məşqçi: İbrahim Uzunca

“Şimal”: 36. Əmrah Məmmədli 18. Tural Cəlilov (k) 10. Elmar Yəhyabəyov 5. İqrar Səmədov 23. İsa Cəbiyev (27. Pərviz Azadov, 46) 14. Sabir Əlişan 26. Elvin Dəmirov (16. Amil Məmmədov, 46) 44. Tofiq Nəsibov (20. Valeh Seyidov, 46) 2. Said Əliyev 8. Pirverdi Seyidov 77. Ceyhun Kəlbəliyev (9. Şahlar Sədiyev, 79)
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli 17. Cavad Hacıyev 13. Qeybulla Kaçayev 4. Ülvi Zeynalov 11. Mirzə Bayrampur
Baş məşqçi: Rəcəb Mahmudov

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 11:00 Harada qaldın sən..?