“Şahdağ” son saniyədə sürprizə imkan vermədi, Lənkəranda darmadağın - VİDEOLAR

1 Aprel 20:20 II Divizion 491
“Şahdağ” son saniyədə sürprizə imkan vermədi, Lənkəranda darmadağın - VİDEOLAR

Bu gün II Liqada 19-cu tur start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Çempionatın lideri “Şahdağ” son saniyə qolu ilə Şəkidən 3 xalla dönüb. Qusar təmsilçisinin əsas rəqibi sayılan “Şəfa” Lənkəranda “Lerik”I darmadağın edib.

Liderlər qrupuna yaxınlaşmaq imkanını özündə saxlayan “Şəmkir” doğma rayonda “Qusar”ın müqavimətini çətinliklə qırıb.

“Haypers” isə Qubada “Ağdaş”ı üstələməyi bacarmayıb.

“Hypers Guba” – “Ağdaş” 3:3

Qollar: C. İmamverdiyev, 53, 88 - pen; N. İsmayılov, 90+1 – E. İsmayılov, 63; T. Yusifli, 68; V. Nəsirov, 90+6

Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba OİK stadionu

“Sheki City” – “Shahdağ Qusar” 0:1

Qol: T. Qurbatov, 90+5

Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Nəriman Ağayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Şəki şəhər stadionu

“Lerik” – “Şəfa” 0:5

Qollar: E. Nəsibov, 19, 29 - pen; R. Hacıyev, 59, 86; T. Quliyev, 80

Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Kamil Aydınov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Lənkəran OİK stadionu

“Şəmkir” – “Qusar” 2:1

Qollar: F.Şirxanzadə, 21; C.Rəcəbli, 73 – N.Muxtarov, 51

Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Sərxan İsmayılov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şəmkir OİK stadionu

Digər Xəbərlər
Xəbər Lenti