
II Liqada 18-ci tur arxada.qalıb.
"Şahdağ Qusar" Şamaxıda "Lerik"i qəbul edib.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəticə 90 dəqiqəlik mübarizəni tam əks etdirmir. «Lerik» belə böyükhesablı yenilgiyə layiq deyildi. Hər halda onların da fərqlənməyə fürsətləri oldu.
Hələ ilk hissədə Zaur Nuruzadə ilə Ramiz Bağırov iki təkbətəyi boşa verdi. Hər iki halda arxa zonada nəzarətsiz qalmış ön xətt oyunçuları fərqlənməyə borclu idi.
Nuruzadə son anda zərbə endirməyə gecikdisə, Bağırovun vuruşunu Rafiq Kərimov dəf etdi.
«Lerik»in kiperi Cavidan İzzətli də üç qol buraxmasına rəğmən, xoş təsir bağışladı. O, 57-ci dəqiqəyə qədər hardasa 3-4 qurtarışla yadda qaldı.
«Şahdağ» yalnız son 30-33 dəqiqədə axtardığı qollar vurdu.
Qalibiyyət qusarlıları arxayınlaşdırmasın: onlar mövsümün ilk yarısında olduğu kimi gözəl oyun sərgiləmirlər. Hardasa deyə bilərik ki, rəqiblərə yuxarıdan-aşağı baxırlar.
Xallarını 52-yə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 13 xalı olan "Lerik" isə 11-ci yerdədir.
SPORTİNFO.AZ
"Şahdağ Qusar" - "Lerik" 3:0
Qollar: Xəqani Sadıxov, 58; Samir Qurbanov, 67; Vüsal Hüseynov, 90+3
Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Samir Qaracayev
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Sarı vərəqələr: Tural Qurbatov, 43 (qeyri-idman hərəkəti) // Zaur Nuruzadə, 29 (qeyri-idman hərəkəti); Mircavad Ağazadə, 80 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) 11. Tural Qurbatov 19. İlyas Səfərzadə 17. Emin Quliyev (10. Mehman Məsimov, 77) 4. Rubin Seyidov 29. Elşən Veysov (55. Firuz Əhmədov, 77) 86. Xəqani Sadıxov (9. Famil Camalov, 63) 71. Cavid Quliyev (70. Samir Qurbanov, 63) 77. Ədilxan Qarəhmədov (6. Vüsal Hüseynov, 77)
Ehtiyat oyunçular: 1. Elmar Seyidov 99. Elmar Əzizov 88. Mehdi Rəsulov 7. Salman Atluxanov 21. Ruslan Ağalarov 38. Mehdi Əliyev
Baş məşqçi: Elnur Abdullayev
“Lerik”: 1. Cavidan İzzətli 42. Valid Yusubzadə (k) 11. Ruslan Tağızadə 25. Mehman İbadov 90. Zaur Nuruzadə 20. Elvin Cahangirli (23. Cavid Məmmədov, 85) 4. Mircavad Ağazadə (24. Hüseyn Əkbərli, 87) 14. Murad Əliyev (5. Kənan Sadıxov, 61) 10. Rəvan Quluzadə 8. Zeynal Axundzadə 9. Ramiz Bağırov (16. Rəşad Zeynallı, 85)
Ehtiyat oyunçular: 2. Yusif Baxşıyev
Baş məşqçi: Vidadi Hüseynov