
II Liqada 18-ci tur başa çatıb.
Birincilik uğrunda mübarizə aparan "Şəfa" doğma meydanda "Şəmkir"i qəbul edib.
Vaxtilə Premyer Liqada çıxış etmiş komandaların dueli elə də pis keçmədi.
Yeni ilin ilk 3 rəsmi matçında qələbə qazanan qərblilər çempionluğa iddialı rəqibinə ciddi müqavimət göstərib. Qonaqların heyətində Orxan Sadıqlını daha çox fərqləndirərdik.
Bir zamanlar "Xəzər Lənkəran"ın formasını geyinmş qapıçı "ASK Arena"da adına layiq təsir bağışladı. Ən azı 5 epizodda əla seyv nümayiş etdirdi.
Buraxılan 3 qolun heç birində onun səhvi olmadı.
Amil Yunanovun qol pərdəsini araladığı ilk epizodda müdafiəçilər mövqe xətasına yol vermişdisə, tovuzlu hücumçunun dublunu rəsmiləşdirdiyi penalti zərbəsində də günah yenə arxa xətt oyunççusunun idi - cərimə meydançasına havalandırılan top Pərvin Kərimlinin əlinə dəymişdi.
Elə üçüncü qol da yanlış onların idi: süni oyundankənar vəziyyət yaratmaq əvəzinə Elvin Nəsibova boş zona açdılar, o da Orxanla üzbəüz qaldığı anı boşa vermədi.
"Şəmkir"in bəxtinin gətirmədiyini də qeyd etməliyik.
Əyalət təmsilçisi 41-cü dəqiqədə Ceyhun Rəcəbli ilə hesabı bərabərləşdirsə də, fasilədən sonra əlverişli fürsətləri qaçırdı. İki-üç fraqmentdə topu qapıdan keçirməli idilər, keçirmədilər.
Bu matçdan sonra "Şəfa" 49 xalla 2-ci pillədə, "Şəmkir" isə 29 xalla 5-ci pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Şəfa" - "Şəmkir" 3:1
Qollar: Amil Yunanov, 37, 44 (p.); Elvin Nəsibov, 87 // Ceyhun Rəcəbli, 41
“ASK Arena”. 850 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Alik Yunusov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Sarı vərəqələr: Ruslan Hacıyev, 81 (qeyri-idman hərəkəti) // Sərcan Omarov, 26 (qeyri-idman hərəkəti); Rəhim Cəfərov, 29 (qeyri-idman hərəkəti); Nicat Oruclu, 60 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vüqar Nadirov, 45+1 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Şəfa”
13. Əli Həsənli
21. Novruz Məmmədov (k)
33. Tərlan Quliyev
88. Aqşin Paşayev
9. Amil Yunanov
(7. Elvin Nəsibov, 76)
77. İbrahim Aslanlı
(20. Rauf Məhərrəmov, 71)
42. Elnur Cəfərov
(28. Ülvi Quliyev, 86)
10. Emin Zamanov
70. Ruslan Hacıyev
19. Əsgər Hüseynov
80. Zahid Mərdanov
Ehtiyat oyunçular:
1. Vaqif Şirinbəyov
12. Rafiq Həsənov
23. Comərd Baxşəliyev
3. Bəxtiyar Soltanov
22. Tural Nərimanov
6. Ceyhun Cavadov
32. Elməddin Hüseynzadə
4. Samir Ağayev
97. Cavad Bağırov
Baş məşqçi: Elgiz Kərəmli
“Şəmkir”
1. Orxan Sadıqlı (k)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
9. Vidadi Cəfərov
18. Pərvin Kərimli
(57. Məzahir Əhmədov, 57)
14. Rəhim Cəfərov
6. Sərcan Omarov
(22. İsmayıl Əskərov, 46)
7. Nicat Oruclu
5. Sehran Abbasov
(15. Ümid Nağdalıyev, 57)
(19. Məmməd Məmmədov, 77)
23. Fərid İslamzadə
8. Nicat Sarıyev
Ehtiyat oyunçular:
13. Cəfər Abbasov
44. Elşad Mirzəyev
25. Kamal Mirzəyev
16. Ayhan Quluzadə
Baş məşqçi: Vüqar Nadirov