Sən bu qolu da vura bilməycəksənsə… VİDEO

28 Mart 23:45 II Divizion 339
Sən bu qolu da vura bilməycəksənsə… VİDEO

II Liqada 18-ci tur arxada qalıb.

Turnir cədvəlinin autsayderlər qrupunda yer alan "Ağdaş"ın qonağı "Şəki Siti" olub.

Ev sahiblərinin 3 xala böyük ehtiyacı var idi, amma onların arzusu yenə həyata keçmədi.

Revazi Otaraşvili artıq 10-cu dəqiqədə qonaqların ilk qolunu vurdu. Müdafiəçilərin arasından çıxan gürcü hücumçu aşırma zərbəylə topu tora qovuşdurdu.

11 dəqiqə sonra Elvin İsmayılov hesaba tarazlıq gətirdi. O, cərimə zərbəsindən sonra cərimə meydançasında yaranan qarışlıqlıq zamanı tirdən dönən topu başla «çərçivə»yə göndərdi.

Ağdaşlılar buna çox sevinə bilmədi. Üç dəqiqə keçmiş «Şəki» penalti vurmaq hüququ qazandı və Osman Soltanov Ümid Paşayevlə dueldən qalib ayrıldı.

Fasilədən sonra mübarizə bir qədər ciddiləşdi. Yenilgi ilə barışmaq istəməyən «Ağdaş» bir neçə təhlükəli zərbəylə yadda qaldı.

82-ci dəqiqədə Sahil Həsənovu əvəzləmiş Hüseyn Hüseynov qaçırdığı fürsətə görə özünü hələ çox qınayacaq: o, ötürməni yaxın məsafədən qapının üstündən vurmaqla, gedişatı dəyişə bilmədi.

«Ağdaş»a daha zərbə Ülvi Sarıyevdən gəldi.

Müdafiəçinin ikinci kobud hərəkəti 90+3-cü dəqiqədə meydandan kənarlaşdırılmasıyla nəticələndi. Bundan istifadə edən qonaqlar 90+5-ci dəqiqədə Əli Tağızadə ilə fərqi artırdı.

Hazırda "Şəki Siti" 14 xalla 10-cu, "Ağdaş" isə 10 xalla 13-cü pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Ağdaş" - "Şəki Siti" 1:3

Qollar: Elvin İsmayılov, 21 // Revazi Otaraşvili, 10; Osman Soltanov, 24 (p.); Əli Tağızadə, 90+5
Ağdaş şəhər stadionu. 200 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Səbuhi Ağayev, 23 (hakimin qərarına etiraz); Zamiq Abubəkirov, 27 (hakimin qərarına etiraz); Aqil Mirzəyev, 41 (qeyri-idman hərəkəti); Elçin Süleymanov, 52 (qeyri-idman hərəkəti); Ülvi Sarıyev, 74, 90+3 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 89 (qeyri-idman hərəkəti) // Orxan Kərimov, 46 (qeyri-idman hərəkəti); Osman Soltanov, 58 (hakimin qərarına etiraz); Xalıq Şabanov, 65 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ülvi Sarıyev, 90+3
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Ağdaş”
1. Ümid Paşayev
5. Vasif Nəsirov
2. Aqil Mirzəyev
(21. Eşqin Vəliyev, 75)
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
4. Azad Əzimli
24. Elvin İsmayılov
7. Taryel Zeynalov
(18. Tamerlan Rizvanov, 71)
20. Ülvi Sarıyev
11. Zamiq Abubəkirov
10. Sahil Həsənov
(14. Hüseyn Hüseynov, 82)
Ehtiyat oyunçular:
9. Oleq Xəlilov
26. Taleh Yusifli
13. Şamil Mustafayev
27. Rəvan Əliyev
6. Elxan Məhərrəmov
Məşqçi: Nadir Ebişov

“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov
4. Süleyman Rauflu
(88. Ramil İsmayılov, 82)
20. Orxan Kərimov
14. Elçin Ramazanov (k)
55. Nəriman İmayətov
11. Revazi Otaraşvili
44. Osman Soltanov
(9. Elxan İmayətov, 71)
3. Coşqun Canımov
7. Əli Tağızadə
17. Xalıq Şabanov
Ehtiyat oyunçular:
21. Yusif Qafurov
99. Elgün Hacıbabayev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümo

Digər Xəbərlər
Xəbər Lenti