Niyə istefa verdiyi bilindi - Bütün komanda üstünə qalxdı, bir nəfərə görə HƏDƏLƏDİ!

28 Mart 22:55 II Divizion 2 655
Niyə istefa verdiyi bilindi - Bütün komanda üstünə qalxdı, bir nəfərə görə HƏDƏLƏDİ!

Xəbər verdiyimiz kimi, II Liqada çıxış edən «Araz-Saatlı»da baş məşqçi ayrılığı gerçəkləşib.

Aran klubu ötən ilin aprelindən sükan arxasında dayanan Şəhriyar Məmmədovla vidalaşıb.

Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

«Araz-Saatlı» çempionatın geridə qalan 18 turunda 28 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Ş.Məmmədovun ayrılmasının konkret səbəbləri var.

Əvvəla onu qeyd edək ki, problemlər martın əvvəlindən etibarən üst-üstə yığılmağa başlanıb. Məmmədov futbolçuları maaşdan məhrum etdiyini bildirəndən sonra.

Çalışdırıcı oyunçulara mart ayının əməkhaqqısını almayacaqlarını söyləyib. Mütəxəssis sərt qərara səbəb olaraq XVII turda “Şəfa”ya 0:10 hesablı məğlubiyyət göstərib.

Azərbaycanda baş məşqçi elə qərar qəbul etdi ki… 0:10-a görə

Naxçıvanlı sükançı hələ karyerası ərzində belə biabırçı hesabla uduzmadığını, bu hadisəni heç vaxt unutmayacağını vurğulayıb. O, bütün kollektivi müqəssir çıxarıb, verdiyi tapşırıqların yerinə yetirilmədiyini iddia edib.

«Şəfa» ilə görüşün ardından Bakıya yollanan saatlılar burada «Qusar»a 1:2 hesabıyla uduzub. Həngamə də bu zaman qopub.

Məmmədov paytaxta 19 futbolçu aparsa da, 90 dəqiqə ərzində heç bir əvəzetməyə əl atmayıb. Oyuna kimlərlə başlayıbsa, elə onlarla da qurtarıb.

Üstəlik, komanda üzvləriylə arasında böyük söz-söhbət düşüb. Sükançı məşqlərdə iştirak etməyən Elnur Səmədovu kənarda saxlamaq istəyib.

Yoldaşları hücumçunun tərəfini saxlayıb, baş məşqçinin diqqətinə çatdırıblar ki, əgər o, ilk dəqiqələrdən meydanda yer almasa, heç biri sahəyə ayaq basmayacaq.

Məmmədov matçın keçirilməsinə xatir kollektivə güzəştə gedib, tələblə razılaşıb. Amma sonuncu dəfə.

«Qusar»a yenilginin ardınca klub funksionerləri ilə görüşərək,vəzifədən getdiyini bildirib. Təbii ki, gülə-gülə yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti