
II Liqada 17-ci turun ən sürpriz nəticəsinə «Füzuli» imza atıb.
Turnir cədvəlinin son sırasında yer almış Qarabağ təmsilçisi I Liqaya badalaq vurmağı bacarıb.
Şamaxıda keçirilən matçda qapılara 6 qol vurulub. Quba komandası hesabda üç dəfə önə keçsə də, nominal ev sahibləri 90-cı dəqiqədə məğlubiyyətdən qaça bilib.
Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev burada dubla imxa atıb və qollarının sayını 20-yə çatdıraraq, bombardirlər yarışında «Şəmkir»li Vidadi Cəfərovu haqlayıb.
Onun «Füzuli»nin qapısından keçirdiyi ikinci qolu izləməyən varsa, buyursun, aşağıdakı videoya baxsın. İmamverdiyev Premyer Liqa çapında bir vuruşla toru silkələyib.
«Füzuli»dən hesabı 2:2 edən Samir Əliyev kimdir? Vaxtilə «Dinamo»nun ən yaxşı qolçusu olmuş Paşa Əliyevin oğludur o. Samir əsl hücumçuya xas bacarığla müdafiəçiləri keçərək, fərqlənib.
«Hypers» Şamaxıda asanlıqla qələbə qazana bilərdi: Ağabəkir Həşimli 76-cı dəqiqədə Cavid İmamverdiyevin ötürməsini 1 metrdən boş qapıya vursaydı. Həmin an oyunun dönüş nöqtəsi oldu.
SPORTİNFO.AZ
“Füzuli” – “Hypers” 3:3
Qollar: Elgün Abbaslı, 37 (p.); Samir Əliyev, 53; Zöhrab Bayramov, 90 // Cavid İmamverdiyev, 15, 47; Ağabəkir Həşimli, 58
Şamaxı OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Rəhman Aslanov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Əli Əliyev, 44 (qeyri-idman hərəkəti); Elgün Abbaslı, 49 (qeyri-idman hərəkəti) // Ağabəkir Həşimli, 49 (qeyri-idman hərəkəti); İbrahim İbrahimli, 55 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
“Füzuli”
1. Kamil Nəzərli
91. Şəhriyar Zərbəliyev
10. Elgün Abbaslı (k)
21. Fuad Məmmədzadə
17. Elçin Rəhimli
19. Elçin Əliyev
(44. Elmir Xəlilov, 88)
77. Əli Əliyev
7. Samir Əliyev
11. Samur-Xan Aslanxanov
(6. Zöhrab Bayramov, 73)
4. Əl-Musənnə Omran
5. Rəhim Nağıyev
Ehtiyat oyunçular:
8. Şaməddin Rüstəmov
9. Murad Mehdiyev
18. Mübariz Hüseynzadə
Məşqçi: Xəqani Quliyev
“Hypers Guba”
98. Elxan Qasımov
10. Cavid İmamverdiyev (k)
11. Ruslan Qurbanov
5. Kamil Hüseynov
14. İlqar Ələkbərov
25. Baxşəli Baxşəliyev
7. Hüseyn Novruzov
(88. Nicad İsmayılov, 80)
6. Xaqan Məmmədov
8. İbrahim Nağıyev
70. İbrahim İbrahimli
9. Ağabəkir Həşimli
(99. İlham Yarəliyev, 86)
Ehtiyat oyunçular:
35. Fərman Bayramov
19. Mətləb Osmanov
Baş məşqçi: Elvin Həsənov