II Liqa komandasında “Qarabağ”ın müdafiəçisindən daha yaxşı biri yetişir

02:00 II Divizion 1 900
II Liqa komandasında “Qarabağ”ın müdafiəçisindən daha yaxşı biri yetişir

II Liqada mübarizə aparan "Dinamo" əvvəlki mövsümlə müqayisədə daha yaxşı çıxış eləyir.

Paytaxt klubu hal-hazırda 5-ci pillədə qərarlaşıb.

"Dinamo"nun gənclərdən təşkil olunmasına baxmayaraq, təcrübəli futbolçuların yer aldığı komandalarla başabaş mübarizə apara bilirlər.

Heyətdə diqqətçəkən gənclərdən biri də 2007-ci il təvəllüdlü Məhəmməd Cəfərzadədir.

Sportinfo.az xəbər verir ki, "Dinamo"nun prezidenti Yaşar Seyidov sportal.az-a açıqlamasında onun böyük perspektiv vəd etdiyini deyib:

"Məhəmməd həm stoper, həm də cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.

Onun barəsində tam əminlinliklə deyirəm ki, bizdə gələcəkdə Bəhlul Mustafazadədən daha yüksək səviyyədə olacaq futbolçu yetişir".

Hazırda "Dinamo"da 19 və daha aşağı yaşda 14 futbolçu çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti