
Bu gün II Lqada 18-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.
"Qusar" "Araz Saatlı"nı, "Dinamo" "Şimal"ı məğlub edib. "Kür-Araz" - "Füzuli" matçında qalib bəlli olmayıb.
"Göygöl" - "Haypers Quba" oyunu isə bol qollu olub - 4:6.
“Qusar” – “Araz Saatlı” 2:1
Qollar: Orxan Qurbanlı, 8. Əlibəy Məmmədli, 16-pen – Elariz Xəlilli, 90+3-pen.
“Neftçi Futbol Mərkəzi” (IV meydança).
“Dinamo” – “Şimal” 2:0
Qollar: Şahin Əliyev, 27. Sadiq Hüseynli, 33.
Binə qəsəbə stadionu
“Kür-Araz” – “Füzuli” 3:3
Qollar: Nihat Paşayev, 1. Ramazan Abbasov, 13. Nicat Fərəcli, 76 – Fuad Məmmədzadə, 10. Elgün Abbaslı, 23. Rəhim Nağıyev, 55.
Heydər Əliyev adına İmişli şəhər stadionu
“Göygöl” – “Haypers Quba” 4:6
Qollar: Ülvi Cəlilov, 13. İntiqam Tağıyev, 41; 73. Ülvi Cəlilov, 88 – Ağabəkir Həşimli, 24. İbrahim İbrahimli, 48. Hüseyn Novruzov, 57. Ağabəkir Həşimli, 61. Cavid İmamverdiyev, 64. İlham Yarəliyev, 90+2.
Göygöl OİK stadionu
23 mart (bazar)
15:30. “Şahdağ Qusar” – “Lerik” - 3:0
15:30. “Ağdaş” – “Şəki Siti” - 1:3
15:30. “Şəfa” – “Şəmkir” - 3:1