
II Liqanın 17-ci turunun ən məhsuldar oyunlarından biri Lənkəranda keçirilib.
Çempionatda qalmaq uğrunda mübarizə aparan «Lerik» və «Ağdaş» bir cənub şəhərində üz-üzə gəlib.
Qonaqlar oyuna daha yaxşı başlayıb. Bir-birinin ardınca Cavidan İzzətlinin qapısı önündə təhlükəli vəziyyətlər yaradıblar.
Qısa ötürmələr hesabına cərimə meydançasına daxil olan ağdaşlıların hansı fürsətləri qaçırdığını bir görsəz.. Həqiqətən təəccüblənəcəksiz!
Deyir, sən vurmasan, sənə vurarlar. Bu dəfə də belə oldu.
«Lerik» fasiləyədək ilk belə imkanı qola çevirdi, ikinci hissədə də daha iki fərqləndilər.
Ruslan Tağızadə cərimə meydançasının önündən qapının yaxın küncünü nişan alıbsa, Zaur Nuruzadə penaltidən istəyinə çatıb.
Şans yalnız 60-cı dəqiqədən sonra «Ağdaş»ın üzünə gülüb. 94-cü dəqiqəyə kimi fərqi minimuma endiriblər.
Daha bir cəhddə başla endirilən zərbə qapının yanında keçincə, referi Vüqar Həsənli final fitini səsləndirib.
SPORTİNFO.AZ
“Lerik” - “Ağdaş” 3:2
Qollar: Penci Ağazadə, 37; Ruslan Tağızadə, 55; Zaur Nuruzadə, 62 (p.) // Elçin Süleymanov, 64; Ramal Əhmədov, 85 (p.)
Lənkəran OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Elmin Süleymanov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Rəvan Quluzadə, 44 (qeyri-idman hərəkəti); Cavid Məmmədov, 83 (qeyri-idman hərəkəti) // Ramal Əhmədov, 90 (hakimin qərarına etiraz); Elvin İsmayılov, 90+3 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə - 5 dəq.
“Lerik”
1. Cavidan İzzətli
42. Valid Yusubzadə (k)
11. Ruslan Tağızadə
25. Mehman İbadov
90. Zaur Nuruzadə
20. Elvin Cahangirli
7. Penci Ağazadə
(3. Mirvaleh Hüseynov, 70)
10. Rəvan Quluzadə
(2. Yusif Baxşıyev, 87)
8. Zeynal Axundzadə
16. Rəşad Zeynallı
9. Ramiz Bağırov
(23. Cavid Məmmədov, 78)
Ehtiyat oyunçular:
93. Röyal Əlizadə
12. Hafiz Məmmədli
17. Fahil Dostiyev
4. Mircavad Ağazadə
14. Murad Əliyev
24. Hüseyn Əkbərli
Baş məşqçi: Vidadi Hüseynov
“Ağdaş”
1. Ümid Paşayev
5. Vasif Nəsirov
2. Aqil Mirzəyev
(18. Tamerlan Rizvanov, 58)
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
17. Ramal Əhmədov
4. Azad Əzimli
24. Elvin İsmayılov
7. Taryel Zeynalov
77. Fuad Hüseynov
10. Sahil Həsənov
(20. Ülvi Sarıyev, 58)
Ehtiyat oyunçular:
13. Şamil Mustafayev
27. Rəvan Əliyev
90. Araz Kərimxanov
Məşqçi: Nadir Ebişov