
Bu gün II Liqada 18-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
Lider "Şahdağ Qusar" Şamaxıda "Lerik"ə 3 cavabsız qol vurub.
"Ağdaş" öz meydanında "Şəki Siti"yə uduzubsa, "Şəfa" Bakıda "Şəmkir"i üstələyib.
Turun digər oyunları sabah keçiriləcək.
23 mart (bazar)
“Şahdağ Qusar” – “Lerik” 3:0
Qollar: : Xəqani Sadıxov, 58; Samir Qurbanov, 67; Vüsal Hüseynov, 90+3
Şamaxı OİK stadionu
“Ağdaş” – “Şəki Siti” 1:3
Qollar: Elvin İsmayılov, 21 - Revazi Otaraşvili, 10; Osman Soltanov, 24 pen; Əli
Tağızadə, 90+5
Qırmızı vərəqə: Ülvi Sarıyev, 90+3 ("Ağdaş")
Ağdaş şəhər stadionu
"Şəfa” – “Şəmkir” 3:1
Qollar: Amil Yunanov, 37, 44 pen; Elvin Nəsibov, 87 - Ceyhun Rəcəbli, 41
“ASK Arena”
24 mart (bazar ertəsi)
13:00. “Qusar” – “Araz Saatlı”
15:00. “Dinamo” – “Şimal”
15:30. “Kür-Araz” – “Füzuli”
15:30. “Göygöl” – “Haypers Quba”