
Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.
“Şəfa” II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib.
Bununla da, onlar ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.
I Liqaya vəsiqə uğrunda mübarizə aparan kollektiv hazırda ikinci pillədə qərarlaşıb. Elgiz Kərəmlinin drujinası turnir cədvəlinin lideri olan “Şahdağ“dan cəmi 4 xal geri qalır.
“Şəfa” rəhbərliyi Saatlıdakı darmadağına görə mükafat ayırıb. Həmin məbləğ 5000 manatdan bir qədər azdır.
Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada ötən il keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib.
Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub.
Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. Belə ki, 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib.
SPORTİNFO.AZ