Azərbaycan çempionatında RÜSVAYÇILIQ - Bu, artıq neçəncidir?

21 Mart 01:10 II Divizion 266
Azərbaycan çempionatında RÜSVAYÇILIQ - Bu, artıq neçəncidir?

Azərbaycanda mövsümün yeni rekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, “Şəfa” 2024/25 mövsümündə ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.

Bakı komandası II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib.

Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada 2024-cü il oktyabrın 18-də keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib.

Ən böyük səfər qələbəsi isə “Şahdağ Qusar”a məxsus idi. II Liqanın lideri ötən il oktyabrın 7-də “Lerik”in qapısından 7 cavabsız top keçirib.

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub. Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib. 10 top fərqi isə sonuncu dəfə həmin matçdan 16 gün əvvəl yaşanıb.

“Zaqatala” “Energetik”in qapısından evdə 10 top keçirib. Bunadək səfərdə ən azı 10 qol vuran son komanda “Neftçala” olub.

2015/16 mövsümündə “Energetik”in qonağı olan neftçalalılar 3476 gün əvvəl - 2015-ci il sentyabrın 11-də 12:0 hesablı qələbə qazanıb.

“Şəfa” son 9 mövsümdə səfərdə ən çox qol vuran və ən böyük qələbə qazanan komanda olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi