Deyəsən, bu oyuna çox adam baxmayıb… VİDEO+FOTOREPORTAJ

20 Mart 23:45 II Divizion 257
Deyəsən, bu oyuna çox adam baxmayıb… VİDEO+FOTOREPORTAJ

«Şəmkir» II Liqada mövsümün ikinci yarısına uğurlu start verib.

Vüqar Nadirovun çalışdırdığı komanda 16-cı turu da qələbə ilə arxada qoyub.

Qərb təmsilçisi Ağdaş səfərində 1: 0 hesabıyla qalib gələrək, aktivinə növbəti 3 xalı yazıb. Qonaqların sevindirən yeganə qolu Akif Tağıyev imza atıb. T

ovuzlu yarımmüdafiəçi sağ cinahdan göndərilən topu qapıya istiqamətləndirib. Ev sahiblərinin qapıçısı Ümid Paşayev zərbənin istiqaməini ayağıyla dəyişsə də, «yuvarlaq meşin» dirəyə dəyərək toru silkələyib.

Videonu izləyin və «Ağdaş»lı müdafiəçinin o anda hansı səhvə yol verdiyini görün.

Açığını demək lazımdır ki, matç qol epizodlarının sayı baxımından kasad keçib. Qapıçılar, demək olar ki, bekar qalıb, top əsasən mərkəzdə dolaşıb.

«Şəmkir»in qapıçısı Orxan Sadıqlı yalnız bir dəfə oyuna qoşulub, onda da zərbənin «çərçivə»yə daxil olmasını əngəlləyib.

PORTİNFO.AZ

"Ağdaş" - "Şəmkir" 0:1

Qol: Akif Tağıyev, 47

Ağdaş şəhər stadionu. 120 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Ağadur Mahmudov
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Elçin Süleymanov, 50 (qeyri-idman hərəkəti); Rəvan Əliyev, 68 (qeyriidman hərəkəti); Ramal Əhmədov, oyundan sonra (hakimin qərarına etiraz) // Vidadi Cəfərov, 10 (qeyri-idman hərəkəti); Fərid İslamzadə, 50 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 3 dəq.

“Ağdaş”
1. Ümid Paşayev
5. Vasif Nəsirov
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
17. Ramal Əhmədov
4. Azad Əzimli
(6. Elxan Məhərrəmov, 86)
7. Taryel Zeynalov
77. Fuad Hüseynov
(11. Zamiq Abubəkirov, 66)
27. Rəvan Əliyev
(9. Oleq Xəlilov, 86)
18. Tamerlan Rizvanov
(14. Hüseyn Hüseynov, 86)
10. Sahil Həsənov
Ehtiyat oyunçular:
26. Taleh Yusifli
13. Şamil Mustafayev
21. Eşqin Vəliyev
90. Araz Kərimxanov
Məşqçi: Nadir Ebişov

“Şəmkir”
1. Orxan Sadıqlı (k)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
9. Vidadi Cəfərov
14. Rəhim Cəfərov
7. Nicat Oruclu
5. Sehran Abbasov
(23. Fərid İslamzadə, 32)
15. Ümid Nağdalıyev
(57. Məzahir Əhmədov, 81)
11. Fəzail Şirxanzadə
8. Nihat Sarıyev
22. İsmayıl Əskərov
(18. Pərvin Kərimli, 46)
Ehtiyat oyunçular:
13. Cəfər Abbasov
44. Elşad Mirzəyev
19. Məmməd Məmmədov
16. Ayhan Quluzadə
20. Uğur Qarayev
Baş məşqçi: Vüqar Nadirov

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi