
II Liqada 16-cı turun ən bolqollu oyunlarından biri «Dinamo» ilə «Füzuli» arasında keçirilib.
Liderlər qrupuna yaxınlaşmaq istəyən «polislər» yeganə məqsədi çempionatda qalmaq olan Qarabağ bölgəsinin təmsilçisi ilə görüşdə əsl məhsuldarlq nümayiş etdirib.
Daxili İşlər Nazirliyinin komandasının heyətində Şahin Əliyev daha çox ön plana çıxıb.
Valeh Seyidovun «Şimal»a üz tutmasından sonra burada liderə çevrilən hücumçu penta-trikə imza atıb. O, 4 qoldan ikisini penaltidən vurmaqla, «Dinamo»nu 3 xal istəyinə çatdırıb.
Baş hakim Şahin İmranzadə ümumilikdə üç dəfə «onbir metrə»ni nişan verib. Həmçinin əlini 8 dəfə cibinə atıb, onların da üçünün rəngi qırmızı olub.
«Dinamo»dan Əli Məmmədli (38) və «Füzuli»dən Yusif Cəfərov (80) ciddi qayda pozuntusuna görə meydandan kənarlaşdırılıb.
Qarabağlıların heyətində iki qoldan birini vuran futbolçunun ad-soyadı da maraq doğurmaya bilməz. 43-cü dəqiqədə fərqlənən Əl-Musənnə Omran iştirak ərizəsində azərbaycanlı kimi göstərilib.
Qəribədir, deyilmi? Güman ki, komandaya bu ildən qoşulmuş 2005-ci il təvəllüdlü müdafiəçi ərəb mənşəli biridir
SPORTİNFO.AZ
“Dinamo” - “Füzuli” 5:2
Qollar: Şahin Əliyev, 14 (pen), 25, 35, 70 (pen); Əlibala Ağayev, 90+3 // Elgün Abbaslı, 40 (pen.); Əl-Musənnə Omran,
“Neftçi Futbol Mərkəzi” (IV meydança). 50 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Əli Məmmədli, 17, 38 (qeyri-idman hərəkəti); Xəyal Qocayev, 33 (qeyri-idman hərəkəti) // Elgün Abbaslı, 27 (qeyri-idman hərəkəti); Elçin Rəhimli, 65 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Əli Məmmədli, 38 // Yusif Cəfərov, 80 (ciddi qayda pozuntusu)
43 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
“Dinamo”: 12. Elmin Qaçaylı 14. Xəyal Qocayev (15. Tərlan Veysəlli, 46) 11. Şahin Əliyev (k) (5. Nail Təhməzli, 65) 3. Nicat Əskərov 19. Əlibala Ağayev 24. Sadiq Hüseynli 18. Aydın İsxanzadə 17. Fizuli Dəmirov (27. Həsənəli Rəhimov, 87) 44. Əli Məmmədli 88. Aqil Hüseynzadə (7. Əkbər Səfərzadə, 46) 16. Məhəmməd Cəfərzadə
Ehtiyat oyunçular: 42. Fərid Əhmədov 33. İkram Həmidli 99. Kənan Əlizadə 22. Amil Nurəhmədov 8. Uğur Sayıllı 6. Orxan Novruzov 80. Elvin Əliyev
Baş məşqçi: İbrahim Uzunca
“Füzuli”: 1. Kamil Nəzərli 91. Şəhriyar Zərbəliyev (9. Murad Mehdiyev, 68) 10. Elgün Abbaslı (k) 21. Fuad Məmmədzadə 17. Elçin Rəhimli 77. Əli Əliyev 7. Samir Əliyev 44. Elmir Xəlilov (23. Yusif Cəfərov, 59) 11. Samur-Xan Aslanxanov (6. Zöhrab Bayramov, 73) 4. Əl-Musənnə Omran 5. Rəhim Nağıyev
Ehtiyat oyunçular: 8. Şaməddin Rüstəmov 88. Kənan Məmmədov 18. Mübariz Hüseynzadə
Məşqçi: Xəqani Quliyev