
Bu gün II Liqada 17-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.
“Şəki Siti” – “Göygöl” görüşü 1:1 başa çatıb. “Şahdağ Qusar”ın 16 turluq qələbə seriyası isə Şəmkirdə qırılıb.
Elnur Abdullayevin çalışdırdığı şimallılar qərb səfərində 1 xalla kifayətlənməli olub. “Lerik” isə “Ağdaş”ı Lənkərandan xalsız yola salıb.
“Araz Saatlı”ya gəlincə, aranlılar öz meydananda “Şəfa”ya 10 cavabsız qolla uduzub.
“Şəki Siti” – “Göygöl” 1:1
Qollar: Osman Soltanov, 83-pen – Elcan Rəhimov, 73.
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şəki şəhər stadionu
“Lerik” – “Ağdaş” 3:2
Qollar: Penci Ağazadə, 37. Ruslan Tağızadə, 55. Zaur Nuruzadə, 62-pen – Elçin Süleymanov, 64. Ramal Əhmədov, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Elmin Süleymanov, Nəriman Ağayev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Lənkəran OİK stadionu
“Şəmkir” – “Şahdağ Qusar” 1:1
Qollar: Vüsal Hüseynov, 27-öz qapısına – Rubin Seyidov, 6.
Hakimlər: Kamran Əliyev, Aydın Baxşıyev, Orxan İbişov, Niyaz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şəmkir OİK stadionu
“Araz Saatlı” – “Şəfa” 0:10
Qollar: Əsgər Hüseynov, 4. Amil Yunanov, 7; 30; 32; 35. Elnur Cəfərov, 40. Elvin Nəsibov, 47-pen; 54; 90. Ruslan Hacıyev, 57-pen.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Saatlı OİK stadionu