
II Liqada 19-cu turun ən bolqollu oyunlarından biri Şamaxıda keçirilib.
Rəqiblərini burada qəbul edən «Füzuli» yenə məğlubiyyətlə üzləşib.
Turnir cədvəlinin son pilləsində qərarlaşan Füzuli rayonunun eyniadlı təmsilçisi «Göygöl» qarşısında çox pis təsir bağışlayıb.
25-ci dəqiqəyə kimi oyun maraqsız alınıb. Daha sonra İntiqam Tağıyev bütün diqqətləri öz üzərinə çəkib.
Qonaqların hücumçusu nominal ev sahiblərinin müdafiəçilərinin başağrısına çevrilib. Öncə onun zərbəsi Şəhriyar Zərbəliyevə dəyərək, tora daxil olub.
Ardınca boş zonaya çıxaraq qapıçıyla üzbəüz qalıb və hədəfi dəqiq nişan alıb. Növbəti hücumda isə İntiqamın ötürməsindən Sənan Həsənov faydalanıb.
Bütün bu qollar 14 dəqiqə ərzində vurulub. 41-ci dəqiqədə Zöhrab Bayramov hesab arasındakı fərqi 2 topa endirib.
Fasilədən sonra Elcan Rəhimov kornerdən qaldırılan topu birbaşa qapıya «sancıb». «Göygöl»ün qapıçısı Pərvin Zeynalov 90-cı dəqiqədə çıxışda səhvə yol verib və topu düzgün uzaqlaşdıra bilməyib.
Belədə Samur-Xan Aslanxanov təqribən 25-28 metr məsafədən boş «çərçivə»nin torunu silkələyib.
Hər iki komanda iştirakı ərizəsinə cəmi 15 futbolçu daxil edib. Oyun göstərib ki, istər «Füzuli», istərsə də «Göygöl» can çəkişir.
Kadr sarıdan ciddi korluq çəkən tərəflərin əksər oyunçuları heç II Liqaya layiq deyil.
İntiqamı bu siyahıya aid eləmirik. Gəncdir, yaxşı xüsusiyyətləri var. Biz onu gələn mövsüm I Liqanın iddialı klublarından birində görə bilərik.
SPORTİNFO.AZ
“Füzuli” - “Göygöl” 2:4
Qollar: Zöhrab Bayramov, 41; Samur-Xan Aslanxanov, 90 // Şəhriyar Zərbəliyev, 25 (ö.q.); İntiqam Tağıyev, 37; Sənan Həsənov, 39; Elcan Rəhimov, 63
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Zakir Şükürzadə
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqə: İsmayıl Məmmədov, 34 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
“Füzuli”
1. Kamil Nəzərli
88. Kənan Məmmədov
91. Şəhriyar Zərbəliyev (k)
(11. Samur-Xan Aslanxanov, 46)
21. Fuad Məmmədzadə
17. Elçin Rəhimli
19. Elçin Əliyev
(9. Murad Mehdiyev, 70)
77. Əli Əliyev
7. Samir Əliyev
(18. Mübariz Hüseynzadə, 70)
44. Elmir Xəlilov
6. Zöhrab Bayramov
5. Rəhim Nağıyev
Ehtiyat oyunçular:
8. Şaməddin Rüstəmov
Məşqçi: Xəqani Quliyev
“Göygöl”
99. Pərvin Zeynalov
14. Ülvi Cəlilov (k)
(15. Surac Nəcəfov, 90)
10. Elcan Rəhimov
(9. Zahid Sadıxov, 71)
6. Kamal Həsən-pur
11. İntiqam Tağıyev
97. Cavanşir Cavanşirov
3. İsmayıl Məmmədov
55. Sənan Həsənov
17. Çingiz Məmmədov
(66. Dursun Məmmədov, 79)
4. Kərəm Əhmədli
8. Seymur Fərəci
Ehtiyat oyunçular:
44. Elxan Əzizov
Məşqçi: Bilal Mehdiyev