II Liqada çıxış edən almaniyalı və ya 3 xal “Şahdağ”a necə bağışlandı? - VİDEO+FOTOREPORTAJ

15 Mart 23:40 II Divizion 231
II Liqada çıxış edən almaniyalı və ya 3 xal “Şahdağ”a necə bağışlandı? - VİDEO+FOTOREPORTAJ

II Liqada 16-cı tura yekun vurulub.

Çempionata liderlik edən "Şahdağ Qusar" Şamaxıda "Araz Saatlı"nı qarşılayıb.

Qarşılaşma şimal təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Səfərdən əliboş dönsələr də, Saatlı təmsilçisinin yenilgiyə layiq olmadığını deməliyik. Şəhriyar Məmmədovun çalışdırdığı komanda ən azından 1 xala layiq idi.

Aranlılar ötən iki turdakı uğurlu seriyanın davamını gətirmək üçün bütün varlığı ilə mübarizə apardı. Həm ilk, həm də ikinci hissədə fərqlənə bilərdilər.

Yaratdıqları qol epizodlarının sayı aşıb-daşmasa da, bir başqa rəqibin «Şahdağ»ın müdafiə xəttinə bu qədər həyacan yaşatması yadımıza gəlmir.

«Araz» mövsümün gernidə qalan bölümündə xal itirməyən qusarlıların üzərinə getməkdən çəkinmir, hər top uğrunda çarpışırdılar.

«Şahdağ» qonaqlarından bunu gözləmirdi. İçlərində bir rahatlıq var idi ki, gəzə-gəzə qələbə qazanacağıq.

Dəqiqələr ötdükcə, nominal ev sahiblərində narahatlıq əmələ gəlir, bu da gərginliyi artırırdı. Nəhayət, 79-cu dəqiqədə istəklərinə çatdılar: sağ cinahdan asmanı qəbul edən Emin Quliyev başla toru silkələdi.

Yarımmüdafiəçiyə bu anda heç kim mane olmadı. Top yolüstü Şaksimilan Şilderin əlinə toxunsa da, «Difai»nin sabiq qapıçısı qolu önləyə bilmədi.

Atası alman, anası azərbaycanlı olan kiperin matçboyu bir neçə seyvlə yadda qalmasını da deyək.

«Araz», yəqin ki, oyunun idarəçiliyindən razı qalmadı. Referi Ruslan Quliyev 2-3 epizodda saatlıların əleyhinə mübahisəli qərarlar verdi.

Xüsusən də görüşün əvvəlində «Şahdağ»ın qapısına penalti təyin etməli olsa da, Cavid Quliyevin rəqibin ayağına qəsdən zərbə endirməsinə göz yumdu.

Xallarını 48-ə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 28 xalı olan"Araz Saatlı" isə 6-cı yerdədir.

SPORTİNFO.AZ

"Şahdağ Qusar" - "Araz Saatlı" 1:0
Qol: Emin Quliyev, 79
Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Famil Camalov, 33 (qeyri-idman hərəkəti) // Eldəniz Hüseynov, 90+3 (qeyrii-dman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 15. Nodar Məmmədov 14. Rahid Əmirquliyev (k) 88. Mehdi Rəsulov (10. Mehman Məsimov, 66) 11. Tural Qurbatov 19. İlyas Səfərzadə 9. Famil Camalov (86. Xəqani Sadıxov, 75) 4. Rubin Seyidov 71. Cavid Quliyev (21. Ruslan Ağalarov, 75) 70. Samir Qurbanov (17. Emin Quliyev, 46) 77. Ədilxan Qarəhmədov (29. Elşən Veysov, 66)
Ehtiyat oyunçular: 99. Elmar Əzizov 1. Elmar Seyidov 7. Salman Atluxanov 6. Vüsal Hüseynov 38. Mehdi Əliyev 55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev

“Araz Saatlı”: 1. Maximilian Şilder 7. Elnur Səmədov (5. Valeh Əzizli, 90) 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov (20. Məhərrəm Əlizadə, 90) 15. Cavid Əliyev 8. Ramin Süleymanov 17. Elariz Xəlilli 66. Eldəniz Hüseynov 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev Ehtiyat oyunçular: 12. Teymur Hüseynov 11. Zaur Fərzəliyev 22. Romal Şərifov 24. Nahid İsmayıllı
Baş məşqçi: Şəhriyar Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat