Azərbaycanda klub prezidenti oğlunu baş məşqçi postundan kənarlaşdırdı

10:40 II Divizion 544
Azərbaycanda klub prezidenti oğlunu baş məşqçi postundan kənarlaşdırdı

II Liqada mübarizə aparan «Kür-Araz»da baş məşqçi dəyişikliyi olub.

Üzeyir Sefizadə komandanın sükanını təhvil verib.

Onu bu postda Murad Ağayev əvəzləyib. Yeni çalışdırıcı ən azı mövsümün axırınadək hazırkı vəzifəsini yerinə yetirəcək.

Sefizadənin baş məşqçilikdən getməsi iki səbəbdən qaynaqlanır.

Birincisi, AFFA-nın keçirdiyi «C» kateqoriyalı kurslardan kəsilməsidir. Belə ki, lisenziya almaq istəyən keçmiş hücumçu sonda imtahanı verə bilməyib.

İkinci «əmma» futbolçularla münasibətlərində yaranan gərginlikdir.

Bir neçə aparıcı fiqur onun danışıq tərzindən və onlara yanaşmasından prezident Mirheydər Sefiyevə şikayət edib. O da oğlunu rəhbəri olduğu komandanın sükanı arxasından uzaqlaşdırıb.

Murad Ağayev kimdir? İmişlidə onu uşaq məşqçisi kimi tanıyırlar. «Mil-Muğan»ın aşağı yaş qruplarında çalışır.

Cibində «B» kateqoriyası gəzdirdiyi üçün onun adını Peşəkar Futbol Liqasına təqdim ediblər.

«Kür-Araz» çempionatın ilk 15 həftəsini qeyri-sabit keçirir. Aranlılar 24 xalla turnir cədvəlinin 8-ci pilləsiində özünə «çadır» qurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti