AFFA-ya şikayət etdilər, millinin sabiq hücumçusunun cəzası azaldıldı

09:00 II Divizion 226
AFFA-ya şikayət etdilər, millinin sabiq hücumçusunun cəzası azaldıldı

II Liqa təmsilçisi “Hypers Quba" tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb

İntizam Komitəsinin Ruslan Qurbanov barəsində tətbiq etdiyi 4 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 2 oyunluq cəzanın şərti olaraq tətbiq edilməsinə qərar verilib. Hücumçuya üç aylıq sınaq müddəti təyin edilib.

Sınaq müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən etibarən hesablanacaq. Quba təmsilçisinin 300 manatlı cərimə olunması ilə bağlı qərar isə qüvvədə saxlanılıb.

Azərbaycan millisinin sabiq forvardı 14-cü turda "Şəmkir"lə matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti