Azərbaycanda hücumçunun 21-ci qolu vurmasına necə mane  oldular? - VİDEO+FOTOREPORTAJ

10 Mart 23:40 II Divizion 154
Azərbaycanda hücumçunun 21-ci qolu vurmasına necə mane  oldular? - VİDEO+FOTOREPORTAJ

II Liqada 15-ci tur geridə qalıb.

Ötən tur «Haypers»i Qubada məğlub etmiş «Şəmkir» bu dəfə Gəncədə «Göygöl» ilə üz-üzə gəlib.

Qərb derbisində qapılara cəmi 1 qol vurulub. Ceyhun Rəcəbli 67-ci dəqiqədə sağ cinahdan ötürülən topdan sonra qapıçının qaytardığı topu tora qovuşdurub.

Qonaqların kiperi Novruz Rəhimov bu epizodda səhvə yol versə də, ümumilikdə deməliyik ki, 90 dəqiqəni yaxşı keçirdi.

O, bir neçə epizodda «Göygöl»ü real qoldan xilas elədi. 77-ci dəqiqədə çempionatın bombardiri Vidadi Cəfərovun penaltidən fərqlənərək, qollarının sayını 21-ə çatdırmasına imkan verməyib.

Həmçinin Fəzail Şirxanzadə və Ümid Nağdalıyevin yaxaladığı fürsətləri dəyərləndirməsinə mane olub.

«Göygöl»lülər əsas diqqəti müdafiəyə yönəltdiyindən, nominal ev sahiblərinin qapısı önündə az-az görünüblər.

Yalnız ilk hissənin ortasınadək bu yöndə fəallıq göstəriblər, daha sonra isə «Şəmkir» üstünlüyünü meydanın bütün bölümlərinə yayıb və istəyinə çatıb.

SPORTİNFO.AZ

"Şəmkir" - "Göygöl" 1:0

Qol: Ceyhun Rəcəbli, 67
Gəncə şəhər stadionu (ehtiyat meydança, IV meydança). 50 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov
Dördüncü hakim: Ruslan Quliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Sehran Abbasov, 18 (qeyri-idman hərəkəti); Akif Tağıyev, 75 (qeyriidman hərəkəti); Fəzail Şirxanzadə, 82 (qeyri-idman hərəkəti) // İntiqam Tağıyev, 79 (qeyri-idman hərəkəti); Sənan Həsənov, 82 (qeyri-idman hərəkəti)
Qolla nəticələnməyən penalti: Vidadi Cəfərov, 77
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Şəmkir”
1. Orxan Sadıqlı (k)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
9. Vidadi Cəfərov
18. Pərvin Kərimli
(22. İsmayıl Əskərov, 63)
14. Rəhim Cəfərov
7. Nicat Oruclu
5. Sehran Abbasov
(15. Ümid Nağdalıyev, 63)
23. Fərid İslamzadə
11. Fəzail Şirxanzadə
(19. Məmməd Məmmədov, 86)
8. Nicat Sarıyev
Ehtiyat oyunçular:
13. Cəfər Abbasov
44. Elşad Mirzəyev
57. Məzahir Əhmədov
16. Ayhan Quluzadə
20. Uğur Qarayev
Baş məşqçi: Vüqar Nadirov

“Göygöl”
13. Novruz Rəhimov
44. Elxan Əzizov
14. Ülvi Cəlilov (k)
10. Elcan Rəhimov
32. Oqtay Məmmədov
(9. Zahid Sadıxov, 65)
6. Kamal Həsən-pur
97. Cavanşir Cavanşirov
55. Sənan Həsənov
17. Çingiz Məmmədov
(11. İntiqam Tağıyev, 74)
4. Kərəm Əhmədli
8. Seymur Fərəci
(66. Dursun Məmmədov, 83)
Ehtiyat oyunçular:
99. Pərvin Zeynalov
3. İsmayıl Məmmədov
15. Surac Nəcəfov
5. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev

Digər Xəbərlər
Xəbər Lenti