Nazirlik komandasının hücumçusu görün, nələr etdi! - VİDEO

6 Mart 23:40 II Divizion 124
Nazirlik komandasının hücumçusu görün, nələr etdi! - VİDEO

II Liqada 15-ci tura start verilib. "Dinamo" Binədə "Qusar"la qarşılaşıb.

Görüş Daxili İşlər Nazirliyinin komandasının aşkar üstünlüyü şəraitində keçib.

Yorğun görünən şimallılar onlara heç bir müqavimət göstərə bilməyib. Bir-iki uzaqdan zərbədən savayı, heç nə ilə yadda qalmayıblar.

Hesab erkən açılıb. Artıq 11-ci dəqiqədə Əlisa İsayev böyükhesablı qələbənin təməlini atıb.

Gənc hücumçu hissənin tamamlanmasına az qalmış ikinci qolu vurub.

Bu epizodu izləməyə dəyər. İsayev müdafiəçinin uzaqlaşdırmaq istədiyi topun istiqamətini dəyişərək, qapıçıyla təkbətək çıxıb və onu da keçərək, toru silkələyib.

Əsl taran tipli forvard necə fərqlənərsə, Əlisa da o cür edib. O, ikinci yarının əvvəlində het-trikini rəsmiləşdirib.

«Polislər» bu qələbə ilə xal ehtiyatını 22-yə çatdırıb və turnir cədvəlinin 8-ci pilləsindəki yerini möhkəmləndirib. İndi onlar br alt sıradakı «Qusar»dan 8 xal irəlidədir.

SPORTİNFO.AZ

"Dinamo" – "Qusar" - 3:0

Qollar: Əlisa İsayev 11, 44, 58
Binə qəsəbə stadionu. 50 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Vüqar Bayramov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Ziya Məmmədli, 45 (qeyri-idman hərəkəti); Əlisa İsayev, 50 (qeyriidman hərəkəti); Aqil Hüseynzadə, 73 (hakimin qərarına etiraz); Xəyal Qocayev, 82 (qeyri-idman hərəkəti); Nail Təhməzli, 83 (qeyri-idman hərəkəti) // Firudin Ağalarov, 11 (qeyri-idman hərəkəti); Rüstəm Rüstəmov, 26 (qeyri-idman hərəkəti); Nicat Muxtarov, 37 (qeyri-idman hərəkəti); Əlibəy Məmmədli, 68 (qeyri-idman hərəkəti); Əsgər Hümbətov, 78 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Dinamo” 12. Elmin Qaçaylı 14. Xəyal Qocayev 11. Şahin Əliyev (k) (7. Əkbər Səfərzadə, 80) 3. Nicat Əskərov 55. Əlisa İsayev (5. Nail Təhməzli, 64) 10. Ziya Məmmədli (15. Tərlan Veysəlli, 59) 19. Əlibala Ağayev (33. İkram Həmidli, 80) 24. Sadiq Hüseynli 18. Aydın İsxanzadə 44. Əli Məmmədli 88. Aqil Hüseynzadə (27. Həsənəli Rəhimov, 80)
Ehtiyat oyunçular: 42. Fərid Əhmədov 99. Kənan Əlizadə 22. Amil Nurəhmədov 8. Uğur Sayıllı 2. Nihad Mahmudzadə 6. Orxan Novruzov 16. Məhəmməd Cəfərzadə
Baş məşqçi: İbrahim Uzunca

“Qusar”: 22. İmran Məhərrəmov 44. Orxan Bəşirov 15. Firudin Ağalarov (k) 37. Faik Ağakərimov 7. Nicat Muxtarov (17. Elnur Dəmirli, 46) 10. Osman Osmanov 88. Turan Babayev (66. Şaiq Vəlizadə, 35) 27. Əlibəy Məmmədli 8. Əsgər Hümbətov 40. Rüstəm Rüstəmov 3. Murad Hüseynov
Ehtiyat oyunçular: 19. Orxan Əlixanov 21. Orxan Qurbanlı 95. Eşqin Tağıyev 77. Mirmehdi Rzayev Baş məşqçi: Ramil Həsənov

Digər Xəbərlər
Xəbər Lenti