
II Liqada 15-ci tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün çempionatda 3 matç keçirilib.
"Lerik" Lənkəranda "Haypers Quba"nı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qonaqların heyətində Cavid İmaverdiyev dubla imza atıb.
"Araz-Saatlı" evdə "Ağdaş"la qarşılaşıb. Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.
"Şimal" isə Siyəzəndə "Şahdağ Qusar"la üz-üzə gəlib. Görüş qusarlıların 1:0 hesablı qələbəsi ilə bitib.
Tura sabah oynanılacaq 2 matçla yekun vurulacaq.
“Lerik” – “Hypers Guba” 0:3
Qollar: İ.İbrahimli, 15, C.İmamverdiyev, 81-pen.90
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Lənkəran OİK stadionu, 15:00
“Araz Saatlı” – “Ağdaş” 2:0
Qollar: R.Süleymanov, 74, E.Səmədov, 88
Hakimlər: Rəsul Babayev, Ruslan Babayev, Anar Bədəlov, Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Saatlı OİK stadionu, 15:00
“Şimal” – “Şahdağ Qusar” 0:1
Qol: R.Seyidov, 17
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Sənan Bayramzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Siyəzən şəhər stadionu, 15:00