
AFFA İntizam Komitəsinin bugünkü iclasında sərt qərarlar qəbul edildi. Onlardan biri millimizin sabiq üzvü Ruslan Qurbanovla bağlıdır.
Sportinfo.az xəbər verir ki, II Liqanın 14-cü turunda “Haypers Quba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
Bu səbəbdən o, 4 oyun cəzalandırılıb. Lakin Qurbanov bu cəzanı haqsız sayır:
“Allah şahiddir ki, hakimi təhqir etməmişəm və təmizəm. 4 oyun veriblər, məcbur qəbul edirəm. Etiraz şikayəti verməyin bir xeyri olmayacaq.
Qərarlarını dəyişdirməyəcəklər. Üzülürəm və belə olacağını düşünməşmişdim.
Hakimə qulaq asmadığım üçün məni pis göstərdilər”.