“Dinamo”dan bir tək İsayev “Qusar”a “toy tutdu”

5 Mart 18:00 II Divizion 418
“Dinamo”dan bir tək İsayev “Qusar”a “toy tutdu”

Bu gün II Liqada 15-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

İkinci yerdəki "Şəfa" İmişlidə 6-cı sıradakı "Kür-Araz"ın qonağı olub.

"Şəfa" səfərdə 4:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin sabiq hücumçusu Amil Yunanov iki qol vurub.

"Dinamo" isə Binədə "Qusar"la qarşılaşıb və 3 cavabsıız qolla istəyinə çatıb. "Polislər”dən Əlisa İsayev het-trik edib.“Kür-Araz” – “Şəfa” 0:4

Qollar: A.Yunanov, 8, 54, Ə.Hüseynov, 15, E.Nəsibov, 88
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Asif Abullayev, Nazim Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00

“Dinamo” – “Qusar” 3:0

Qollar: Ə.İsayev, 11, 44, 58
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Vüqar Bayramov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Binə qəsəbə stadionu, 15:00

Digər Xəbərlər
Xəbər Lenti