Prezident: “Hələlik klubun bütün yükü mənim üzərimdədir, çətinlik çəkirəm”

5 Mart 14:20 II Divizion 304
Prezident: “Hələlik klubun bütün yükü mənim üzərimdədir, çətinlik çəkirəm”

«Klubumuzun maliyyə vəziyyətində hələlik irəliləyiş yoxdur, amma nələrsə gözənilir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in prezidenti Famil Məmmədo deyib.

II Liqada çıxış edən cənub təmsilçisinin rəhbəri Futbolun İnkişafı Fondunun (FİF) Lerik rayon İcra Hakimiyyəti ilə keçirəcəyi görüşdən müsbət nəticə əldə olunacağına ümid bəslədiyini gizlətməyib:

«Əslində, bu görüş fevralın ikinci yarısında olmalı idi. Sadəcə, havaların sərt keçməsi, güclü qar yağması səbəbindən həmin tədbir baş tutmadı.

Həmin görüş yaxın günlərdə olmalıdır. Bir neçə gün içində hər şey dəqiqləşəcək.

Futbolun İnkişaf Fondu «Lerik»lə bağlı «Biznes layihə» həyata keçirmək niyyətindədir. Rayonumuzun rəhbərliyi və iş adamlarıyla bir sıra toplantılar keçiriləcək.

Həmçinin ianə kampaniyasına start veriləcək. Bu, bir qədər fərqli ideyadır, ənənəvi ianə kampaniyalarından deyil.

Burada əsasən, sadə insanlar, azarkeşlər iştirak edəcək. Məhz bundan sonra «Lerik»in maliyyə vəziyyətinin yaxşılaşacağına, bizə qoşulanların olacağına inanırıq.

Hələlik klubun bütün yükü mənim üzərimdədir. Əlimizdəki kiçik imkanlarla «Lerik»i yaşadırıq

. Çətinlik çəkirəm. Əlbəttə, belə çox getməz.

Özümüz xeyli müddətdir səy göstəririk, yaxın gələn yoxdur. Daha kömək üçün haralara müraciət etməmişik..?

Ona görə də bütün ümidimizi qarşıdakı tədbirlərə bağlamışıq».

Digər Xəbərlər
Xəbər Lenti