Qurbanovdan 300 manatlıq söyüş, 4 oyunluq cəza

02:40 II Divizion 123
Qurbanovdan 300 manatlıq söyüş, 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, burada II Liqadakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

Qurum Azərbaycan millisinin sabiq üzvü Ruslan Qurbanovu cəzalandırıb. Belə ki, 2-ci liqanın 14-cü turunda “Haypers Quba” – “Şəmkir” oyununun 39-cu dəqiqəsində “Haypers Quba”nın formasını geyinən Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

Bu səbəbdən hücumçu 4 oyun cəzalandırılıb. “Haypers Quba” 300 manat cərimələnib.

Eyni görüşün 90+4-cü dəqiqəsində “Haypers Quba”nın digər futbolçusu Sənan Aslanov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. Klub 300 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti