Tanınmış azərbaycanlı oyunçudan onu xoşbəxt etməyən SUPER QOL - VİDEO+FOTOREPORTAJ

4 Mart 23:40 II Divizion 336
Tanınmış azərbaycanlı oyunçudan onu xoşbəxt etməyən SUPER QOL - VİDEO+FOTOREPORTAJ

II Liqada 14-cü tur geridə qalıb.

Liderlər qrupunda qalmaq istəyən "Haypers" Qubada "Şəmkir"i qəbul edib.

350 azarkeşin canlı izlədiyi qarşılaşma kifayət qədər gərgin və maraqlı keçib.

İlk dəqiqələrdən irəli atılan ev sahibləri hesabı erkən açmaq üçün iki-üç fürsət əldə edib.

Qış fasiləsində heyətini Kamil Hüseynov, Ruslan Qurbanov və İbrahim İbrahimli kimi futbolçularla gücləndirmiş şimal təmsilçisi yeni baş məşqçisi Elvin Həsənovu sevindirə bilməyib.

«Sabah»ın akademiyasındakı işinə son verərək aşağı liqayə gələn gənc çalışdırıcının qanını öncə Ruslan Qurbanov qaraldıb.

Referi Emin Əliyev ikili mübarizədən sonra təhqiramiz ifadə işlədən «Neftçi»nin sabiq hücumçusuna 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə göstərib.

Bundan 2 dəqiqə sonra «Şəmkir» hesabı açıb. Vidadi Cəfərov müdafiə xəttində boşluq taparaq toru silkələyib.

Fasiləyə həm say, həm hesab sarıdan geridə yollanan «Haypes» ikinci hissənin əvvəlində status-kvonu brəpa eləyib. Cavid İmamverdiyev adını tabloya yazdırıb.

Millinin və «Neftçi»nin sabiq yarımmüdafiəçisi olduqca gözəl qola imza atıb. Şübhə etmirik ki, İmamverdiyevin vuruşu mart ayının ən yaxşı qolu seçiləcək.

Hucum futbolundan əl çəkməyən qubalılar rəqib qapısı ağzında təhlükəli epizodları sıralayıb. Gözlənilən növbəti qol vurulub, amma «Haypers»in qapısına.

Vidadi Cəfərov əsl hücumçu keyfiyyətini göstərərək, 89-cu dəqiqədə onları cəzalandırıb və çempionatdakı ümumi qol sayını 20-yə çatdıraraq, bombardirlər yarışmasında liderliyini möhkəmləndirib.

«Haypers»in gücü status-kvonu bərpa etməyə çatmayıb, əvəzində daha bir qırmızı vərəqə alıblar. Sənan Aslanov rəqibinin sifətinə qəsdən zərbə endirdiyindən, baş hakim onu meydandan qovmalı olub.

Qarşılaşma qərb bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 22-yə yüksəldən "Şəmkir" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Haypers Quban" isə 4-cü yerdədir.

SPORTİNFO.AZ

"Haypers Quba" - "Şəmkir" 1:2

Qollar: Cavid İmamverdiyev, 59 // Vidadi Cəfərov, 41, 89
Quba OİK stadionu. 350 tamaşaçı

Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rəhman Aslanov
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Baxşəli Baxşəliyev, 45+1 (qeyri-idman hərəkəti); Fərman Bayramov, 90+5 (hakimin qərarına etiraz) // Nicat Oruclu, 12 (hakimin qərarına etiraz); Nicat Sarıyev, 20 (qeyri-idman hərəkəti); Vidadi Cəfərov, 55 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Ruslan Qurbanov, 39 (qeyri-etik ifadə və ya hərəkəti); Sənan Aslanov, 90+4 (təcavüzkar davranış)
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 5 dəq.

“Hypers Guba”
35. Fərman Bayramov
55. Qeyrət Əliyev
10. Cavid İmamverdiyev (k)
11. Ruslan Qurbanov
5. Kamil Hüseynov
14. İlqar Ələkbərov
25. Baxşəli Baxşəliyev
(88. Nicad İsmayılov, 46)
7. Hüseyn Novruzov
(8. İbrahim Nağıyev, 46)
71. Sənan Aslanov
70. İbrahim İbrahimli
(19. Mətləb Osmanov, 76)
9. Ağabəkir Həşimli
(99. İlham Yarəliyev, 74)
Ehtiyat oyunçular:
98. Elxan Qasımov
6. Xaqan Məmmədov
Baş məşqçi: Elvin Həsənov

“Şəmkir”
1. Orxan Sadıqlı (k)
10. Akif Tağıyev
17. Ceyhun Rəcəbli
9. Vidadi Cəfərov
18. Pərvin Kərimli
(22. İsmayıl Əskərov, 83)
14. Rəhim Cəfərov
7. Nicat Oruclu
5. Sehran Abbasov
(15. Ümid Nağdalıyev, 62)
23. Fərid İslamzadə
(57. Məzahir Əhmədov, 83)
11. Fəzail Şirxanzadə
8. Nicat Sarıyev
Ehtiyat oyunçular:
13. Cəfər Abbasov
44. Elşad Mirzəyev
21. Məmməd Məmmədov
16. Ayhan Quluzadə
20. Uğur Qarayev
Baş məşqçi: Vüqar Nadirov

Digər Xəbərlər
Xəbər Lenti