
Son günlər Birinci və İkinci Liqada baş verən hadisələr diqqət çəkməkdədir.
Xüsusilə qeyri-peşəkarlıq ən üst səviyyəyə çatıb.
II Liqada isə vəziyyət olduqca acınacaqlıdır. Bir komanda oyuna gəlmir, digəri meydanı qardan təmizləmir.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov deyib ki, bu liqalarda çıxış edən klubların əksəriyyətində qeyri-peşəkar idarəçilik hörv sürür və ümumi vəziyyət biabırçı həddə çatıb:
“Məsələn, günlər öncədən xəbərdarlıq edilməsinə baxmayaraq, meydan qardan təmizlənmədiyinə görə “Ağdaş” - “Şimal” matçı keçirilməyib.
“Haypers" - "Şəmkir" qarşılaşmasında qonaqların heyətində bir futbolçunun forması oğurlandığından meydana çıxa bilməyib.
“Kür-Araz” ona təklif olunan marşrut üzrə hərəkət etmədiyindən, komandanı daşıyan mikroavtobus yolda qara ilişib qalıb, “Şağdağ”la Şamaxıdakı matça gedib çıxa bilməyib.
Daha nələr, nələr, nələr… Komandaları necə gəldi, say artırmaq üçün liqalara buraxmaq lazım deyil.
Nəzarət mexanizmi güclənməli, nəzarət peşəkarlara həvalə edilməlidir”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN