Belə qollar buraxan qapıçıya komanda yoldaşları nə desin? - VİDEO

3 Mart 23:40 II Divizion 185
Belə qollar buraxan qapıçıya komanda yoldaşları nə desin? - VİDEO

II Liqada 2025-ci ilin ilk hesabat həftəsi arxada qalıb.

Çempionatın ortabablarından sayılan «Saatlı-Araz» 14-cü turda «Göygöl»ün qonağı olub.

30 tamaşaçını özünə cəlb edən görüşdə qapılara 5 qol vurulub.

Hesab erkən açılıb. Ev sahiblərini hücumçusu Elcan Rəhimov cərimə meydançası yerə yıxılınca, baş hakim Mahmud Bağırzadə penalti nöqtəsini göstərib və kapitan Ülvi Cəlilov toru silkələməyə çətinlik çəkməyib.

Onların sevinci cəmi 1 dəqiqə sürüb. Qonaqlar ilk hücumdaca Elariz Xəlilli ilə hesabı bərabələşdirib.

Bu zaman qapıçı Novruz Rəhimovun onun zərbəsinə gülməli reaksiyası diqqət çəkib. Növbəti epizodların birində isə kiperin diqqətsizliyi üzündən qapı önündə qarışıqlıq yaranıb və müdafiəçi topu son anda qapı xəttinin üzərindən kənarlaşdıra bilib.

Fasiləyə az qalmış Saatlı komandası hesabda önə keçib. Elariz bu dəfə də Rəhimovun mövqe səhvindən istifadə edərək, topa qapının yaxın küncündən içəri fırladıb.

Ikinci yar;da da hücumlarını davam etdirən «Araz» 49-cu dəqiqə növbəti qolu vurub. Maraqlıdır ki, onların ehtiyat skamyasında 5 nəfər olsa da, baş məşqçi Şəhriyar Məmmədov heç bir əvəzləməyə ehtiyac duymayıb.

Belədə göygöllülər fərqlənmək üçün iki epizod yaxalayıb. Ülvi Cəlilov ikinci penaltini «çərçivə»dən kənara istiqaməttləndiribsə, Oqtay Məmmədov künc zərbəsindən havalandırılan topu başla qapıya yönəldib.

SPORTİNFO.AZ

“Göygöl” – “Saatlı-Araz” 2:3
Qollar:
Ülvi Cəlilov, 6 (p.); Oqtay Məmmədov, 82 // Elariz Xəlilli, 7, 43, Elnur Səmədov, 49

Qolla nəticələnməyən penalti: Ülvi Cəlilov, 69
Göygöl OİK stadionu. 30 tamaşaçı

Baş hakim: Mahmud Bağırzadə

Baş hakimin köməkçiləri: Elmin Süleymanov, Elman Kərimov

Dördüncü hakim: Rasim Musayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Fərid Soltanzadə, 28 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 64 (qeyriidman hərəkəti) // Elnur Səmədov, 28 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Göygöl”: 13. Novruz Rəhimov 9. Zahid Sadıxov (32. Oqtay Məmmədov, 61) 14. Ülvi Cəlilov (k) 10. Elcan Rəhimov (66. Dursun Məmmədov, 72) 6. Kamal Həsən-pur (3. İsmayıl Məmmədov, 82) 20. Fərid Soltanzadə 97. Cavanşir Cavanşirov 55. Sənan Həsənov 17. Çingiz Məmmədov (11. İntiqam Tağıyev, 72) 4. Kərəm Əhmədli 8. Seymur Fərəci (44. Elxan Əzizov, 61)
Ehtiyat oyunçular: 99. Pərvin Zeynalov 5. Səid Həsənov

Məşqçi: Bilal Mehdiyev

“Saatlı-Araz”: 1. Maximilian Şilder 7. Elnur Səmədov 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov 15. Cavid Əliyev 8. Ramin Süleymanov 17. Elariz Xəlilli 66. Eldəniz Hüseynov 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev

Ehtiyat oyunçular: 12. Teymur Hüseynov 22. Romal Şərifov 5. Valeh Əzizli 20. Məhərrəm Əlizadə 24. Nahid İsmayıllı
Baş məşqçi: Şəhriyar Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…