Azərbaycanda futbolu buz üstündə oynadılar - VİDEO

2 Mart 23:45 II Divizion 310
Azərbaycanda futbolu buz üstündə oynadılar - VİDEO

II Liqada 14-cü tura yekun vurulub.

"Şəki Siti" öz meydanında "Lerik"i qəbul edib.

Qarşılaşma qarlı meydanda baş tutub. Buza dönmüş sahədə hər iki tərəfin futbolçuları böyük əziyyət çəkib.

Topun güclə hərəkət etməsi, göz məsafəsinin məhdudlaşması, gözlənildiyi kimi, komandaların istədiyi oyunu nümayiş etdirməsinə mane olub.

Bununla belə, qapılar önündə təhlükəli vəziyyətlər yaranıb. Yenə də təbii şəraitdən dolayı.

Qarın və küləyin qırmızı topu ayaqda saxlamağa mane olması nəticəsində qapıçılar bəxtə ümid bəsləmək məcburiyyətində qalıb.

Bu mənada ev sahiblərinin qapıçısı Elnar Şabanovun bəxti gətirib. Top bir dəfə onun qoruduğu qapının tirinə dəyib, iki-üç epizodda isə «yuvarlaq meşin» son anda istiqamətini dəyişərək, «çərçivə»dən yan keçib.

«Lerik» fasiləyə qədər qələbə hesabını təmin etməli olsa da, fasilədən sonra yavaş-yavaş gedişat dəyişib. Qollar da axır 30 dəqiqədə vurulub.

Müdafiəçinin ayağını büdrəyərək yerindən tərpənə bilməməsi boş zonada dayanan Revazi Otaraşvilinin yaxın məsafədən hesabı açmasına şərait yaradıb.

70-ci dəqiqədə isə Xalıq Şabanov fərqi artırıb. Cənub təmsilçisinin futbolçuları fiziki cəhətdən yorulduğundan, məğlubiyyətlə tez barışıblar.

Xal ehtiyatını 10-a yüksəldən "Şəki Siti" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Lerik" isə 13-cü yerdədir.

SPORTİNFO.AZ

"Şəki Siti" - "Lerik" 2:0

Qollar: Revazi Otaraşvili, 62; Xalıq Şabanov, 70
Şəki şəhər stadionu. 100 tamaşaçı

Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Sevda Nuriyeva
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Süleyman Rauflu, 24 (qeyri-idman hərəkəti); Yusif Yusifzadə, 44 (qeyriidman hərəkəti); Yunis Həsənli, 75 (qeyri-idman hərəkəti); Coşqun Canımov, 85 (qeyriidman hərəkəti); Ramil İsmayılov, 89 (qeyri-idman hərəkəti) // Zeynal Axundzadə, 90 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Sheki City”: 1. Elnar Şabanov 5. Ramin İsmayılov 4. Süleyman Rauflu 20. Orxan Kərimov 14. Elçin Ramazanov (k) 44. Osman Soltanov 3. Coşqun Canımov (21. Yusif Qafurov, 82) 9. Elxan İmayətov (11. Revazi Otaraşvili, 46) 7. Əli Tağızadə (88. Ramil İsmayılov, 82) 17. Xalıq Şabanov 8. Yusif Yusifzadə (66. Yunis Həsənli, 72)
Ehtiyat oyunçular: 99. Elgün Hacıbabayev 10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

“Lerik”: 1. Cavidan İzzətli 19. Feyruz Bağıyev 42. Valid Yusubzadə (k) 11. Ruslan Tağızadə 25. Mehman İbadov (10. Rəvan Quluzadə, 46) 90. Zaur Nuruzadə 6. Cəfər Şahməmmədov (3. Mirvaleh Hüseynov, 46) 7. Penci Ağazadə 8. Zeynal Axundzadə 16. Rəşad Zeynallı 9. Ramiz Bağırov (14. Murad Əliyev, 82)
Ehtiyat oyunçular:

Baş məşqçi: Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti