Bu klub PFL-in məsləhətini qulaqardına vurdu: “Onlar yanlış qərar veriblər” - VİDEO

2 Mart 00:40 II Divizion 344
Bu klub PFL-in məsləhətini qulaqardına vurdu: “Onlar yanlış qərar veriblər” - VİDEO

Xəbər verdiyimiz kimi, II Liqanın 14-cü turunda “Şahdağ Qusar” – “Kür-Araz” oyunu keçirilməyib.

Sportinfo.az xəbər verir ki, buna səbəb qonaq komandanın oyuna gəlməməsi olub.

İmişli təmsilçisi avtobuslarının Şamaxıda qarlı yollardan keçə bilmədiyi üçün matça çatmadıqlarını açıqlayıb.

Peşəkar Futbol Liqası da məsələyə aydınlıq gətirib. Qurumdan saytımıza bildirilib ki, “Kür-Araz” klubu doğru yol seçmədiyi və onlara verilən istiqamətdə hərəkət etmədiyi üçün qarşılaşmaya gələ bilməyib:

“Peşəkar Futbol Liqası hava şəraiti dəyişən andan gecə saatları da daxil olmaqla bütün gün ərzində oyunların baş tutması üçün tam qüvvənin cəlb olunması yönündə klublarla daim əlaqədə olur. Meydançalar, mümkün çərçivədə yolların durumu da analiz edilir. Şamaxı OİK stadionunda II Liqada XIV turu çərçivəsində keçirilməli olan “Şahdağ Qusar” – “Kür Araz” oyunu zamanı da belə olub. Hər iki kluba hava durumu ilə bağlı işlər yönündə məsləhətlər verilib. “Şahdağ Qusar” klubu böyük fədakarlıq göstərərək gecə saat 2 radələrindən meydançanın təmizlənməsi üçün texnika cəlb edib. Nəticədə stadionun ot örtüyü tam təmizlənib. Həmin gün

Şamaxı şəhər stadionunda, saat 13:00-da əvəzedici komandalar arasında “Şamaxı-2” və “Turan Tovuz-2” oyunu da baş tutub. Doğru yolla gedən komandalar oyuna yetişə biliblər.

Peşəkar Futbol Liqası olaraq “Kür Araz” klubuna şifahi şəkildə həm əvəzedicilərin, həm də meydan sahibi klubun getdiyi yolun açıq olduğunu bildirmiş və onların da oyuna vaxtında çatması üçün həmin istiqaməti seçmələrini məsləhət və təkid etmişik. Təəssüf ki, İmişli təmsilçisi öz seçimini edərək və görünən də odur ki, yanlış qərar verərək Ağsu aşırımına üstünlük verib. Nəticədə də komanda lazımi vaxtda oyuna yetişə bilməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu