
II Liqada 14-cü tur arxada qalıb.
Çempionatın təmsil etdiyi rayonlardan uzaq düşmüş iştirakçılarından biri olan "Qusar" Bakıda - "Neftçi"nin Bakıxanov qəsəbəsində yerləşən bazasında "Füzuli"ni qəbul edib.
Qarşılaşma nominal ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Qusar"ın heyətində Əlibəy Məmmədli het-trikə imza atıb. Onun vurduğu birinci və üçüncü qol kifayət qədər baxımlı alınıb.
Uzaqdan endirdiyi zərbələrlə qonaqların qapısına yol tapan Əlibəyin niyə iddialı klubların maraq dairəsinə düşməməsi çox qəribədir. O, könül xoşluğu ilə I Liqanın istənilən komandasında da adından söz etdirə bilər.
Eləcə də Eşqin Tağıyev. Qarabağ müharibəsinin qazisi olan hücumçu bütün diqqətini peşəkar futbola versəydi, çoxdan Premyer Liqada adından söz etdirərdi.
Eşqinin "Füzuli"nin qapısından keçirdiyi qolunu görməyənləri bu videonu izləməyə dəvət edirik.
Xallarını 14-ə yüksəldən "Qusar" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 4 xalı olan "Füzuli" isə sonuncu yerdədir.
SPORTİNFO.AZ
"Qusar" - "Füzuli" 5:2
Qollar: Əlibəy Məmmədli, 8, 26, 49; Orxan Qurbanlı, 45+1; Eşqin Tağıyev, 59 // Samur-Xan Aslanxanov, 11; Elgün Abbaslı, 68
Neftçi Futbol Mərkəzi (IV meydança). 10 tamaşaçı
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Ruslan Babayev, Asif Abdullayev
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Orxan Qurbanlı, 17 (qeyri-idman hərəkəti); Əlibəy Məmmədli, 22 (qeyri-idman hərəkəti); Murad Hüseynov, 89 (qeyri-idman hərəkəti) // Elçin Əliyev, 36 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - yoxdur.
“Qusar”
22. İmran Məhərrəmov
15. Firudin Ağalarov (k)
7. Nicat Muxtarov
21. Orxan Qurbanlı
(19. Orxan Əlixanov, 63)
95. Eşqin Tağıyev
(66. Şaiq Vəlizadə, 79)
10. Osman Osmanov
27. Əlibəy Məmmədli
77. Mirmehdi Rzayev
8. Əsgər Hümbətov
40. Rüstəm Rüstəmov
(17. Elnur Dəmirli, 70)
3. Murad Hüseynov
Ehtiyat oyunçular:
Baş məşqçi: Ramil Həsənov
“Füzuli”
12. Elcan Sarıyev
2. Vüsal Tahirov
88. Kənan Məmmədov
(21. Fuad Məmmədzadə, 46)
91. Şəhriyar Zərbəliyev
10. Elgün Abbaslı (k)
19. Elçin Əliyev
(23. Yusif Cəfərov, 63)
77. Əli Əliyev
7. Samir Əliyev
(4. Əl-Musənnə Omran, 46)
44. Elmir Xəlilov
9. Murad Mehdiyev
(5. Rəhim Nağıyev, 46)
11. Samur-Xan Aslanxanov
(6. Zöhrab Bayramov, 46)
Ehtiyat oyunçular:
1. Kamil Nəzərli
8. Şaməddin Rüstəmov
18. Mübariz Hüseynzadə
Məşqçi: Xəqani Quliyev