
Bu gün I Liqada 14-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib.
Vüqar Nadirovun çalışdırdığı "Şəmkir" Qubada onun keçmiş komandası "Haypers"ə qalib gəlib.
"Şəki Siti" evdə "Lerik"lə qarşılaşıb. "Ağdaş" - "Şimal" matçı isə təxirə salınıb.
“Ağdaş” – “Şimal” (Baş tutmayıb)
Ağdaş şəhər stadionu
“Haypers Quba” – “Şəmkir” - 1:2
Qollar: C.İmamverdiyev, 59 - V.Cəfərov, 41, 89
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Quba OİK stadionu
“Şəki Siti” – “Lerik” - 2:0
Qollar: R.Otaraşvili, 63, X.Şabanov, 70
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Sevda Nuriyeva, Nəriman Ağayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Namiq Əliyev
Şəki şəhər stadionu
27 fevral
“Qusar” – “Füzuli” - 5:2
“Şəfa” – “Dinamo” - 3:0
28 fevral
“Şahdağ Qusar” – “Kür-Araz” (Baş tutmayıb)
“Göygöl” – “Saatlı-Araz” - 2:3