Azərbaycanda kluba 1,5 saat möhlət verildi, oyun baş tutmadı

1 Mart 17:20 II Divizion 469
Azərbaycanda kluba 1,5 saat möhlət verildi, oyun baş tutmadı

Bu gün II Liqanın XIV turunda keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır.

14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar.

PFL tərəfindən “Ağdaş”a tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

Ötən gün “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu