
İİ Liqada 14-cü turun oyunları keçirilir.
"Şəfa" Bakıda "Dinamo"nu qəbul edib.
Qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb - 3:0.
Hesab 16-cı dəqiqədə açılıb. 3000 manat maaş qarşılığında «İmişli»dən gəlmiş Tərlan Quliyev cinah ötürməsini başla tora qovuşdurub.
Hücumlarını davam etdirən "Şəfa" fasiləyə qədər daha bir dəfə fərqlənib. Qış fasiləsində «Şamaxı»dan transfer olunmuş Zahid Mərdanov adını tabloya yazdırıb.
Matçıda son qol 1 saatın tamamında vurulub. Albaniya karyerası qısa sürmüş Amil Yunanov boş zonayla qaçaraq, qapıçıyla təkbətək çıxıb və fürsəti qaçırmayıb.
İki ay öncə Elgiz Kərəmlini gjörəvə gətirmiş klub rəhbərliyi qələbə qarşılığında futbolçuların hər birinə 200 manat mükafat verib.
Xallarını 37-yə yüksəldən "Şəfa" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 19 xalı olan "Dinamo isə 8-ci yerdədir.
SPORTİNFO.AZ
"Şəfa" - "Dinamo" 3:0
Qollar: Tərlan Quliyev, 16; Zahid Mərdanov, 38; Amil Yunanov, 60
“ASK Arena”. 50 tamaşaçı
Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Anar Bədəlov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Sənan Bayramzadə Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Ruslan Hacıyev, 33 (qeyri-idman hərəkəti) // Fizuli Dəmirov, 3 (qeyriidman hərəkəti); Əlisa İsayev, 62 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: İsmayıl Vəkiliqazi Cahani (“Dinamo”), 34 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Şəfa”: 13. Əli Həsənli 23. Comərd Baxşəliyev (88. Aqşin Paşayev, 63) 21. Novruz Məmmədov (k) 33. Tərlan Quliyev 9. Amil Yunanov (7. Elvin Nəsibov, 63) 77. İbrahim Aslanlı (4. Samir Ağayev, 13) 42. Elnur Cəfərov 10. Emin Zamanov 70. Ruslan Hacıyev (32. Elməddin Hüseynzadə, 71) 19. Əsgər Hüseynov (97. Cavad Bağırov, 71) 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 12. Rafiq Həsənov 3. Bəxtiyar Soltanov 6. Ceyhun Cavadov 20. Rauf Məhərrəmov 99. Muhəmməd Məmmədli 18. Rəsul Əliyev
Baş məşqçi: Elgiz Kərəmli
“Dinamo”: 1. İbrahim Bağırov 14. Xəyal Qocayev 3. Nicat Əskərov (k) 55. Əlisa İsayev 10. Ziya Məmmədli (33. İkram Həmidli, 80) 19. Əlibala Ağayev 24. Sadiq Hüseynli (15. Tərlan Veysəlli, 56) 17. Fizuli Dəmirov 44. Əli Məmmədli (27. Həsənəli Rəhimov, 56) (7. Əkbər Səfərzadə, 80) 88. Aqil Hüseynzadə (11. Şahin Əliyev, 46) 16. Məhəmməd Cəfərzadə
Ehtiyat oyunçular: 12. Elmin Qaçaylı 5. Nail Təhməzli 18. Aydın İsxanzadə 99. Kənan Əlizadə 22. Amil Nurəhmədov 8. Uğur Sayıllı 2. Nihad Mahmudzadə
Baş məşqçi: İsmayıl Vəkiliqazi Cahani