
II Liqada XIV turun Şamaxı Olimpiya Kompleksində keçirilməli olan “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.
Buna səbəb “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlməməsidir.
Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Ev sahibi komanda və, oyunun rəsmiləri - hakimlər, hakim-inspektor və AFFA nümayəndəsi təyin olunan vaxtda stadionda olub. Arena da qarşılaşma üçün tam hazır vəziyyətə gətirilib.
Görüş saat 14:00-da start götürməli idi. İmişli təmsilçisi Şamaxıya təşrif buyurmayıb. Onların qarşısını nə qar kəsib, nə də yolda hansısa əngəllə üzləşiblər.
Problem “Kür-Araz“ın özündədir. Belə ki, əksər futbolçular klub rəhbərliyinə etiraz əlaməti olaraq düşərgəni tərk edib.
Aylardan bəridir pullarını ala bilmədiklərinə görə. Prezident Mirheydər Sefiyevin xeyli müddətdir onların aldatmasını görən oyunçular onun oğlu Üzeyir Sefizadənin çalışdırdığı komanda ilə vidalaşıb.
M.Sefiyev yerdə qalanlara pulsuz oynamağı xahiş edib, razılaşmayıblar.
SPORTİNFO.AZ