
Bu gün II Liqada 2025-ci ilin ilk oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, 14-cü turun 1-ci günündə 2 matç oynanılıb.
"Qusar" - "Füzuli" oyununda 7 qol qeydə alınıb və meydan sahibləri qalib gəlib.
"Şəfa" isə "Dinamo" üzərində qələbə qazanıb.
Turun digər oyunları 28 fevral və 1 mart tarixlərində keçiriləcək.
Çempionatda 14-cü turun fevralın 24-də start götürməsi planlaşdırılırdı. Lakin qarlı hava şəraiti səbəbindən qarşılaşmalar təxirə salınmışdı.
“Qusar” – “Füzuli” 5:2
Qollar: Ə.Məmmədli, 8, 26, 49, O.Qurbanlı, 45+1, E.Tağıyev, 59 - S.Aslanxanov, 11, E.Abbaslı, 68
Hakimlər: Murad Səlimov, Ruslan Babayev, Asif Abdullayev, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Neftçi Futbol Mərkəzi (IV meydança), 13:00
“Şəfa” – “Dinamo”3:0
Qollar: T.Quliyev, 16, Z.Mərdanov, 37, A.Yunanov, 60
Hakimlər: Alik Yunusov, Anar Bədəlov, Nurlan Əhmədzadə, Sənan Bayramzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”, 14:00