Futbolçular qar içində özünü “öldürdü”, rəhbər onları VİDEOya çəkdi!

09:40 II Divizion 806
Futbolçular qar içində özünü “öldürdü”, rəhbər onları VİDEOya çəkdi!

II Liqada qış fasiləsi fevralın 27-də başa çatacaq.

İki aydır hazırlıq keçən komandalar 14-cü tura həmin gün start verəcək.

«Dinamo» ilk oyun günü «Şəfa»nın qonağı olacaq.

Daxili İşlər Nazirliyinin klubu bu matçın çalışmalarını davam etdirməkdədir. Son günlər havaların qar-boranlı keçməsi də «polislər»in davamlı çalışmalarına mane ola bilmir.

«Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seiydov həmişə olduğu kimi, yenə komandanın yanındadır.

Təcrübəli funksioner futbolçuların məşqdə necə həvəslə iştirak etməsini görüntüləyib.

Onun redaksiyamıza göndərdiyi kadrlardan aydın olur ki, düşərgədə ab-hava əladır, havanın soyuqluğu, gexənin qaranlığı onlara qətiyyən təsir etmir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti