Azərbaycanda çempionat oyunları təxirə salındı

21 Fevral 22:40 II Divizion 349
Azərbaycanda çempionat oyunları təxirə salındı

II Liqada XIV turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Davam edəcəyi proqnozlaşdırılan qarlı hava səbəbindən fevralın 24-25-də keçirilməsi nəzərdə tutulan görüşlər 27, 28 fevral və 1 mart tarixlərində baş tutacaq.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"