
İkinci Liqada mübarizə aparan “Şəfa” heyətini gücləndirməkdə davam edir.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu U-19 millimizin üzvü, müdafiəçi Samir Ağayevi transfer edib.
artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb və futbolçu yeni komandasına qoşulub.
19 yaşlı Samir Ağayev “Qəbələ” akademiyasının yetirməsidir. O, son olaraq 2023-cü ilin iyuluna qədər “Qəbələ”nin heyətində çıxış edib, daha sonra isə klubsuz qalmışdı.
“Şəfa” qış transfer dövründə heyətinə daha üç futbolçu – “Bülis”dən Amil Yunanov, “Şamaxı”dan Emin Zamanov və Zahid Mərdanovu da cəlb edib.