COP29

“Mənim pulum var, sadəcə, Bakıda oynamaq və yaşamaq istəyirəm”

00:40 II Divizion 267
“Mənim pulum var, sadəcə, Bakıda oynamaq və yaşamaq istəyirəm”

Azərbaycan millisinin sabiq forvardı Ruslan Qurbanov ölkəmizə qayıdıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu apasport.az-a müsahibəsində planlarından danışıb:

- Azərbaycana qayıdacağınla bağlı xəbərlər yayılıb. Həqiqətən "Hypers Guba"ya keçəcəksən?

- Mən Azərbaycanı çox sevirəm. Bəli, doğru xəbərdir. Üstəlik, belə şans varsa, dəyərləndirmək istədim. "Hypers Guba" ilə anlaşmışıq.

- Son dəfə Rusiyada Medialiqada oynayırdın. Orda liqanın səviyyəsi necədir?

- Bəli, orda idim. Liqanın səviyyəsi isə çox yüksəkdir. Demək olar ki, Rusiya birinci liqasının səviyyəsindədir. Medialiqa inkişaf edir. Özünüz də bunu görəcəksiz.

- Yeni komandan 2-ci Liqada mübarizə aparır. Maddi cəhətdən də səni razı salan təklif oldu?

- Mənim üçün pul o qədər də önəmli deyil. Çünki pulum onsuz da var. Mən sadəcə Bakıda oynamaq və orda yaşamaq istəyirəm. "Hypers"ə də xeyir vermək niyyətindəyəm. Qarşımıza qoyulan məqsəd isə 1-ci Liqaya yüksəlməkdir.

- Qubada yaşayacaqsan, yoxsa Bakıda yaşamaq sənin üçün daha əlverişlidir?

- Hələ ki, heç nə bilmirəm. Zamanla hər şeyi görəcəyik. Mənim istəyim yeni komandama xeyir verməkdir.

- Artıq 33 yaşındasan və 2-ci Liqada oynayacaqsan. Səncə, Premyer Liqada oynamaq şansı yaranarsa, bundan istifadə edə bilərsən?

- 33 yaşım olsa da, mən Premyer Liqada da oynaya bilərəm. Gücüm yetəri qədərdir. Artıq çəkim yoxdur. Allah nə qərar verəcəksə, elə də olsun. Hazırki vəziyyətimdən narazı deyiləm.

- Premyer Liqada oynamaq gücündəsən?

- Əlbəttə. Asanlıqla Premyer Liqada oynayaram. Dediyim sözə də əminəm. Təəssüf ki, Premyer Liqanın səviyyəsi yüksəlməyib, əksinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti